Hamiləlik zamanı hipotireoz

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 1604

hamiləlik zamanı hipotireozun səbəbləriHamiləlik zamanı hipotireoz – mayalanmadan əvvəl, hestasiya dövrü və ya doğuşdan sonra tireoid hormonların miqdarının azalması ilə xarakterizə olunan patoloji haldır. Adətən simptomsuz gedir, lakin zəiflik, tez yorulma, zehni və fiziki qabiliyyətin azalması, ürəkbulama, qəbizlik, hipotermiya, dəri quruluğu, dırnaqların kövrəkliyi, saç tökülməsi, səsin tutulması, ətrafların xarakterik ödemi ilə də təzahür edə bilir. Diaqnoz tireotropin, tireoid hormonlar, tireoperoksidazaya qarşı autoanticisimlərin səviyyəsini müəyyən edən analizlər əsasında qoyulur. Müalicə məqsədilə əzəvedici hormonoterapiya və yod preparatlarından istifadə olunur.

  • Hamiləlik zamanı hipotireozun yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Təsnifat
  • Hamiləlik zamanı hipotireozun əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Hamiləlik zamanı hipotireozun müalicəsi
  • Proqnoz və profilaktika

Hamiləlik zamanı hipotireoz barədə ümumi məlumat

Mamalıq və ginekologiya sahəsində aparılan tədqiqatların nəticələrinə əsasən hipotireoz hamilələrin 1,8-2,5%-də rast gəlinir, halbuki ümumilikdə populyasiya üzrə bu göstərici  0,5-2,0% təşkil edir. Belə xəstələrin 40%-dən çoxunda qalxanabənzər vəzinin fermentlərinə qarşı anticismlər aşkarlanır, 15 %-də sonoqrafiyada orqanın hipotrofiyası təsdiqlənir. Tireoid hormonların normal səviyyəsi, tireoperoksidazaya (TPO) qarşı anticisimlərin klinik əhəmiyyətli miqdarı rast gəlinən xəstələrin 10-15% risk qrupuna daxildir. Doğuş zamanı onların 20%-də tireotrop hormonun miqdarı subklinik hipotireoz üçün xarakterik göstəricilərə qədər yüksəlir. Qalxanabənzər vəzinin hipofunksiyasının vaxtında diaqnostikasının aktuallığı hamiləliyin pozulması və digər mamalıq ağırlaşmalarının  yüksək yaranma riski bağlıdır.

Hamiləlik zamanı hipotireozun yaranma səbəbləri

hamiləlik dövründə hipotireozun əlamətləri Hestasiyadan əvvəl müşahidə olunan tireoid hormonların çatışmazlığı adətən autoimmun tireoidit (Haşimoto xəstəliyi) ilə əlaqədardır. Autoimmun tireoidit irsi xəstəlik olub, qalxanabənzər vəzi toxumasına qarşı autoanticisimlərin yaranması ilə müşahidə olunur. Bu patologiyada iltihabi-destruktiv prosesin ilkin mərhələsi üçün xarakterik olan hipertireoz fazası tez bir zamanda hormonal çatışmazlıqla əvəz olunur. Reproduktiv yaş dövründə olan qadınlarda hipotireozun digər yaranma səbəblərinə hipotalamo-hipofizar disfunksiya, qalxanabənzər vəzinin hipoplaziya və ya aplaziyası, şiş xəstəliklərində onun rezeksiyası, diffuz toksiki zob, travma, radioyodterapiya zamanı tireoid toxumanın dağılması aiddir. Hormonal çatışmazlıq tireostatik preparatların dozadan artıq qəbulu, su və qidada yod çatışmazlığı, uzunmüddəfli laktasiya dövrü ilə əvəz olunan tez-tez təkrarlanan hamiləliklərlə bağlı ola bilər.  Hestasiya dövründə hipotireoid halların inkişafına səbəb olan spesifik amillər aşağıdakılardır:

  • Doğuşdan sonra baş verən immun dəyişikliklər. Hamilələrdə immunitetin fizioloji zəifləməsi dölün ayrılması və hestasiyanın pozulması riskinin azalmasına yönəlmişdir. Doğuşdan sonra immun reaktivasiya fonunda tranzitor autoimmun aqressiyanın yaranması mümkündür. Bu zaman tireoid peroksidazaya qarşı autoanticisimləri (AT-TPO) olan irsi meylli qadınlarda doğuşdan sonra tireoiditin yaranma ehtimalı 30-50%-ə çatır, insulindən asılı şəkərli diabet və ya digər autoimmun pozğunluqların rast gəlindiyi xəstələrdə patologiyanın yayılması ümumi populyasiyaya nisbətən 3 dəfə artıq olur.
  • Hestasiya ilə əlaqədar yod çatışmazlığı. Hamilələrin yoda tələbatı xeyli yüksəlir, bu da həmin mikroelementin fetoplasentar kompleksin normal fəaliyyəti və döl orqanizmində gedən mübadilə-plastik proseslərin təmininə sərf olunması ilə izah olunur. Hamiləlik zamanı yodun böyrək klirensinin güclənməsi ilə vəziyyət daha da ciddiləşir. Yodla profilaktikanın aparılmaması zamanı nisbi hipotiroksinemiya səbəb olan əlavə amil – 3-cü tip deyodinazanın təsirindən tiroksin (T4) bioloji qeyri-aktiv reversiv triyodtironinə (rТ3) transformasiya olur.
  • Qalxanabənzər vəzinin funksional yüklənməsi. I trimestrdə estrogen və xorionik qonadotropinin təsirindən dölün tireoid hormonlara olan tələbatını ödəyən fizioloji hipertireoz inkişaf edir. Funksional ehtiyatların kifayət qədər olmaması səbəbindən orqanın yüklənməsi irsi meyilliyi olan xəstələrdə sadə qeyri-toksik zob, simptomsuz autoimmun tireoiditin manifest mərhələyə keçməsi və digər tireoid pozğunluqların yaranmasında trigger rolu oynayır.

Bəzi hallarda hamiləlikdən sonra formalaşan hipotireoz Şihan sindromunun (güclü qanitirmə nəticəsində hipofizar toxumanın nekrozu), infeksion-toksiki şok, ağırlaşmış abort və ya ağır doğuşlardan sonra DDL-sindromunun əlaməti ola bilir. Bu hallarda tireoid hormonlarının çatışmazlığı çoxsaylı endokrin çatışmazlığı fonunda inkişaf edir.

Hamiləlik zamanı hipotireozun patogenezi

Hamiləlikdə hipotireozun formalaşma mexanizmi pozğunluğu törədən amillərə əsasən müəyyən edilir. Patogenezin əsas mərhələsi autoimmun reaksiyalar və tireoid toxumanın zəif funksional rezervinə meyllik hesab olunur. Qalxanabənzər vəzinin fizioloji hiperstimulyasiyası, yodun sidiklə yüksək ekskresiyası və onun transplasentar köçürülməsi nisbi yod çatışmazlığına gətirib çıxarır, bu da subklinik hipotireozun manifestasiyası ilə nəticələnir. Doğuşdan sonrakı dövrdə autoaqressiv anticisimlərin təsirindən tirositlərin dağılması nəticəsində hüceyrə ehtiyyatlarının tükənməsi hipotireozun formalaşmasında əlavə amil rolunu oynayır.

Tiroksin və triyodtironinin aşağı səviyyələrində maddələr mübadiləsi xeyli zəifləyir, bədən hərarəti azalır. Orqan və toxumalarda dəri, selikli qişa, daxili orqanlarda mayenin yığılmasına səbəb olan qlikozaminoqlikan (yüksək hidrofil zülal metabolitləri) toplanır.  Nəticədə generalizəolunmuş mukoid ödem inkişaf edir. Doğuşdan sonra təzahür edən hipotireozlu qadınlarda gələcəkdə müsbət ovarial-hipofizar  əks əlaqə zədələnir, aybaşı sikli pozulur, anovulyasiya, hipomenoreya, amenoreya yaranır.

Hamiləlik zamanı hipotireozun təsnifatı

Pozğunluğun kliniki formalarının sistemləşdirilməsi etioloji amillər və patologiyanın kliniki təzahürlərinə əsasən aparılır. 90% hallarda qalxanabənzər vəzinin disgeneziya, rezeksiya, iltihabi və ya radiasion destruksiyası, infiltrativ xəstəlikləri və ya genetik anomaliyalar, yod çatışmazlığı və ya onun normadan artıq olması səbəbindən, antitireoid amillərin təsirindən hormonların biosintezinin pozulması nəticəsində yaranan birincili hipotireoz aşkar olunur. İkincili forma endokrin tənzimin hipotalamik və hipofizar səviyyələrdə pozğunluqları ilə əlaqədardır. Tireoid hormonlara generalizəolunmuş rezistentlik səbəbindən inkişaf edən pozulmalar ayrıca qeyd olunur. Kliniki təzahürlərin ağırlığından asılı olaraq hipotoreozun aşağıdakı formaları ayırd edilir:

  • Subkliniki. Simptomatika müşahidə olunmur. Qanda tireotropinin səviyyəsi artır, tiroksinin miqdarı dəyişməz oldu. Qalxanabənzər vəzinin hipofunksiyası rast gəlinən qadınların əksəriyyətində qeyd olunur. Laborator göstəricilərin monitorinqi və hormonların minimal dozaları zamanı hamiləliyin daşınması mümkündür.
  • Manifest. Hipotireozun kliniki əlamətləri müşahidə olunur. Tireotrop hormonun səviyyəsi yüksəlir, tireoid hormonun miqdarı azalır. Nadir hallarda, xüsusən hamiləliyin II yarısında aşkar olunur. Hestasiyanın əvəzedici hormonal terapiya fonunda davam etdirilir.

Hamiləlik zamanı hipotireozun əlamətləri

hamiləlik dövründə hipotireozun müalicəsiSubklinik gediş zamanı xəstəliyin əlamətləri müşahidə olunur. Dekompensə halında xəstələr əzginlik, aşağı əmək qabiliyyəti, tez yorulma, yuxululuq, üşümə, iştahın azalması, ürəkbulanma, qəbizlikdən şikayət edir. Hamilələr unutqan, diqqətsiz, apatik olur, tez kökəlir. Hipotermiya, nəbzin zəifliyi, dəri örtüklərinin solğunluq, quruluq, qabıqlanması, dırnaqların kövrəkliyi, saçların tökülməsi, ətrafların miksedematoz ödemləri, səs tutulması, xorultular xarakterikdir. Baş, əzələ, oynaq ağrılarına rast  gəlmək olar. Əksər hallarda görmə və eşitmə qabiliyyəti pozulur, qulaqlarda küy yaranır.

Hamiləlik zamanı hipotireozun ağırlaşmaları

Kliniki əlamətlərlə təzahür edən hipotireozdan  əziyyət çəkən xəstələrdə fertillik qabiliyyətinin pozulması səbəbindən hamiləlik nadir hallarda baş tutur, çox zaman ağırlaşmış gedişə malik olur və 35-50% hallarda özbaşına (spontan) düşük və ya vaxtından əvvəl doğuşlarla nəticələnir. Hər 3–cü hamilədə erkən toksikoz müşahidə olunur. 3,3% döllərdə inkişaf anomaliyaları, o cümlədən xromosmların quruluş və say aberrasiyaları aşkarlanır. Hestasion hipertenziyapreeklampsiya 15-22%, dölün hipotrofiyası- 8,7-16,6%, uşağın antenatal ölümü 1,7-6,6% hallarda izlənilir. Hamilələrin 70%-də fetoplasentar çatışmazlıq inkişaf edir. Hamiləliyin vaxtından artıq daşınması, zəif doğuş fəaliyyəti, normal lokalizasiyalı ciftin vaxtından qabaq ayrılması mmkündür. Zahıların 3,5-6,6%-də doğuşdan sonra koaqulopatik qanaxmalar baş verir. Hipoqalaktiya xarakterik əlamət sayılır.

Müalicə olunmayan hipotiroksinemiyalı qadınların uşaqlarında əksər hallarda aşağı IQ, digər intellektual-mnestik pozuntular qeyd olunur. Endokrinologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən hamiləlik hipotireoza səbəb olan pozğunluqların inkişafına təsir edir – hestasiya dövründə simptomsuz (eutireoid) autoimmun tireoiditin kliniki təzahürlərinin, tireoperoksidazaya qarşı autoanticisimlərin sirkulyasiyası fonunda depressiya ilə assosiasiyalı proqressivləşən doğuşdan sonrakı tireoiditin formalaşması ehtimalı artır. Hestasiya dövründə hipotireozun ağır fəsadlarına miksedematoz koma aiddir.

Hamiləlik zamanı hipotireozun diaqnostikası

hamiləlik dövründə hipotireozSubklinik hipotireoz simptomsuz gedişinə görə çox nadir hallarda aşkar olunur. Anamnezdə xəstə, onun valideynləri və yaxın qohumlarda autoimmun xəstəliklərin olması patologiyanı təsdiq etməyə kömək edən laborator müayinələrin təyinə əsas verir. Qalxanabənzər vəzinin fəaliyyətinin pozulmalarına dəlalət edən şikayətlər və fizikal müayinənin nəticələri aşkar olunduqda xəstələrə aşağıdakı analizlər təyin  olunur:

  • TTH-nin səviyyəsinin müəyyən edilməsi. Birincili hipotireoz üçün analiz marker hesab olunur. Subkliniki formada tireotrop hormonun konsentrasiyası 4-10 mBV/l, manifest formada bu göstərici 10,0 mBV/l –dən yüksək olur.
  • Tireoid hormonların miqdarının analizi. Subkliniki hipotireozlu hamilələrdə Т4, Т3 göstəriciləri normal olur. Manifestasiyadan sonra sərbəst triyodtironinin konsentrasiyası 4 pmol/l-dən az, sərbəst tiroksin isə 10 pmol/l-dən aşağı olur.
  • Tireoperoksidozaya qarşı anticisimlərin təyini. Hipotireozun əksər halları qalxanabənzər vəzinin autoimmun zədələnmələri ilə bağlı olduğundan bu müayinə autoaqressiyanı aşkar etməyə imkan verir. 34 BV/ml –dan yüksək göstərici diaqnostik əhəmiyyətli hesab olunur.

Tireoid toxumanın həcmi, struktur dəyişikliklərinin təyini məqsədilə qalxanabənzər vəzinin USM aparılır. Neoplaziyaya şübhə olduqda orqanın punksiyası icra edilir. Əlavə metodlara EKQ, ürəyin USM aiddir. Xarakterik dəyişikliklər qanın ümumi analizində aşkarlanır: 60-70% xəstələrdə limfositoz, EÇS-nin yüksəlməsi qeyd olunur. Hipotireozdan əziyyət çəkən xəstələrdə ifadəli anemiya, yüksək xolesterin, hiperkoaqulyasiya əlamətləri müşahidə olunur.

Tireoid hormonların sintezinin azaldığı müxtəlif xəstəliklərlə differnsial diaqnostika aparılır. Diaqnozun qoyulması zamanı ürəyin işemik xəstəliyi, xroniki nefrit, nefrotik sindrom, qalxanabənzər vəzinin xərçəngi istisna edilməlidir. Mama-ginekoloq və endokrinoloqdan əlavə xəstə göstərişlərə əsasən kardioloq, uroloq, nevropatoloq, neyrocərrah, dermatoloq, onkoloq müayinəsinə göndərilir.

Hamiləlik zamanı hipotireozun müalicəsi

Hipotiroksinemiyalı xəstələrin aparılmasının əsas məqsədi patologianın tam medikamentoz kompemsasiyası, yanaşı pozğunluqların korreksiyası, patoloji halın ağırlaşmasına səbəb olan amillərin aradan qaldırılmasından ibarətdir. Manifest formada hamiləliyin davam etdirilməsi yalnız əvəzedici hormonoterapiyanın təyini fonunda mümkündür. Standart müalicə sxeminə aşağıdakı dərman preparatları aiddir:

  • Qalxanabənzər vəzinin hormonları. Sintetik sola fırlanan izomer T4-ün dozası tədricən, hər 14 gündən bir qan zərdabında tireotropin və tiroksinin miqdarına nəzarət etməklə təyin edilir. Tireotrop hormonunun konsentrasiyasının 1,5-2 mBV/l səviyyədə olması dozanın düzgün seçilməsinə dəlalət edir. Hormonoterapiya nəinki aşkar əlamətlərlə gedən hipotireozda, həmçinin pozğunluğun subkliniki formalarında da göstəriş hesab olunur.
  • Yod tərkibli dərman vasitələri. Yod çatışmazlığı fonunda T3,T4 sekresiyasının pozulması zamanı aparılan yodoterapiya hormonal preparatların dozasını azaltmağa, bəzi hallarda isə onların qəbulundan tamamilə imtina etməyə imkan verir. Yod tərkibli preparatların qəbul qaydası tərtib olunan zaman doza həddinin aşılması hallarını istisna etmək üçün  kliniki simptomatikanın ağırlığı və destruktiv proseslərdə qalxanabənzər vəzinin toxumalarının saxlanılması nəzərə alınmalıdır.

Hipotiroksinemiyaya səbəb olan orqan pozğunluqları zamanı kardioprotektorlar, hüceyrə metabolizminin stimulyatorları, aritmiya əleyhinə vasitələr, nootroplar, vitamin-mineral kompleksləri, immunostimulyatorlarla simptomatik müalicə aparılır. Kompensə olunmuş hipotireozlu xəstələrə təbii doğuş məsləhət görülür. Mamalıq göstərişləri olduqda Qeysəriyyə əməliyyatı tətbiq edilir.

Hamiləlik zamanı hipotireozun proqnoz və profilaktikası

Hipotireoz zamanı hormonal terapiya ana və döl üçün ağırlaşmaların yaranma ehtimalını minimuma endirir. Qalxanabənzər vəzinin xəstəlikləri müşahidə olunan qadınlara hamiləliyin planlaşdırılması zamanı endokrinoloqun məsləhətlərini nəzərə almaq, mayalanmadan sonra hestasiyanın 12-ci həftəsinə qədər qadın məsləhətxanalarında qeydiyyata düşmək, müntəzəm olaraq mama-ginekoloqun müayinəsindən keçmək tövsiyyə olunur. Hamiləlik zamanı hipotireozun yaranma riskini azaltmaq üçün göstərişlərə əsasən yodoprofilaktika aparılır, qida rasionuna yodla zəngin məhsullar (dəniz balığı, yosun, yodlaşdırılmış duz) əlavə olunur. Gərgin fiziki və psixoemosional yüklənmələri məhdudlaşdırmaq lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: