Loxiometra

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2302

loxiometra nədir?Loxiometra – doğuşdan sonra baş verən ağırlaşma olub, qan, selik, degenerasiyaya uğramış və parçalanmış üzvi elementlərdən ibarət fizioloji yara ifrazatı – loxiyanın uşaqlıq boşluğunda ləngiməsi nəticəsində inkişaf edir. Loxiometra cinsi yollardan axan ifrazatın erkən azalması və ya kəsilməsi, qarında ağrı və ağırlıq hissi, uşaqlığın böyüməsi, hərarətin yüksəlməsi ilə özünü büruzə verir. Loxiometra vaginal müayinə və USM vasitəsilə aşkarlanır. Müalicə spazmolitiklər, uşaqlığın yığılma qabiliyyətini artıran vasitələr, antibiotiklər; bəzi hallarda isə uşaqlığın instrumental qaşınmasından ibarətdir.

  • Loxiometranın yaranma səbəbləri
  • Loxiometranın əlamətləri
  • Loxiometranın diaqnostikası
  • Loxiometranın müalicəsi
  • Loxiometranın ağırlaşmaları
  • Loxiometranın profilkatikası və proqnozu

Loxiometra barədə ümumi məlumat

Doğuşdan sonra qranulyasion val tərəfindən ifraz olunan hüceyrə fermentlərinin təsirindən qan laxtalarının və uşaqlığın divarında qalan desidual qişanın qalıqlarının əriməsi baş verir. Bundan əlavə yara səthindən leykositlər, eritrositlər, plazma və limfa uşaqlığa daxil olur. Bütün bu elementlər normada uşaqlıq boşluğundan servikal kanal vasitəsilə uşaqlıq yoluna axan loxiyanı- doğuşdan sonra yara ifrazatını əmələ gətirir.

Doğuşdan sonra ilk 2-3 gün ərzində loxiyalar qanlı xarakter daşıyır, 4-5-ci gündən başlayaraq tünd-qırmızı və qonurumtul, 1 həftədən sonra isə leykositlər yüksək konsentrasiyası hesabına sarımtıl-ağ rəng alır. Doğuşun 10-cu günündən ifrazatlar açıq rəngli, sulu, seroz-selikli konsistensiyalı olur. Tədricən loxiyaların miqdarı azalır, 3-cü həftənin sonunda  demək olar ki, kəsilir, tezliklə tamamilə yox olur.

Doğuşdan sonra ifrazatın axımının ləngiməsi loxiometraya-uşaqlıq boşluğunda loxiyaların durğunluğuna dəlalət edir. Loxiometranın inkişafının təhlükəliyi uşaqlıq möhtəviyyyatının infeksiyalaşma riskinin yüksək olmasından ibarətdir, bu da limfa, zərdab, qan, toxuma qalıqlarının mikrob florasının inkişafı üçün əlverişli qidalı mühit olması izah olunur. Əksər hallarda loxiometra fonunda endometrit inkişaf edir.

Loxiometranın səbəbləri

Loxiometranın səbəbləriLoxiometranın inkişafı servikal kanalda ifrazatın axımını ləngidən mexaniki maneələr və ya uşaqlığın yığılma qabiliyyətinin zəif olması ilə əlaqədardır. Mexaniki maneələrə uşaqlığın əyriliyi (hiperantefleksiya) və ya qan laxtaları, desidual qişanın qalıqları və uşaqlığın qopmuş toxumaları tərəfindən servikal kanalın tutulması aiddir.

Doğuşdan sonrakı dövrdə uşaqlığın zəif yığılma aktivliyi adətən uşaqlığın gərilməsi (iri döl, dölyanı mayenin çoxluğu və ya çoxdöllü hamiləlik zamanı), zəif və ya diskoordinasiyalı doğuş fəaliyyəti, daxili əsnəyin spazmı, Qeysəriyyə əməliyyatı nəticəsində inkişaf edir. Həmçinin loxiometraya uzunmüddətli yataq rejimi və doğuşdan sonra hipodinamiya səbəb olur.

Loxiometranın əlamətləri

Loxiometra doğuşun 5-7-ci günündə inkişaf edir, doğuşdan sonra uşaqlıqdan gələn ifrazatın nəzərə çarpacaq dərəcədə  azalması və ya kəsilməsi ilə xarakterizə olunur. Bu zaman uşaqlığın ölçülərinin norma göstəricilərinə nisbətən müqayisədə artması, palpasiya zamanı ağrılı olması qeyd olunur. Qadının ümumi halı və obyektiv statusu pozulmur, bədən hərarəti normal olur, taxikardiya izlənilmir.

Loxiometranın müalicəsi gecikdirildikdə hərarət artır (38-40°С), titrətmə, tutmaşəlilli ağrı, xoşagəlməz iyli bulanıq ifrazat, taxikardiya yaranır. 1-2 gündən sonra bədənin hərarəti kritik şəkildə azalir, eyni zamanda duru konsistensiyalı irinli loxial ifrazat müşahidə olunur.

Loxiometranın diaqnostikası

Loxiometra xarakterik klinik əlamətlər üzrə aşkarlanır. Ginekoloji müayinə zamanı sərt-elastik konsistensiyalı, qeyri-bərabər böyüyən, ağrılı uşaqlıq, çox zaman daxili əsnəyin bağlanması, uşaqlığın əyriliyi müəyyən olunur.

Diaqnozun dəqiqləşdirilməsi məqsədilə USM aparılır, müayinə prosesində uşaqlıq boşluğunun genişlənməsi, orqanın daxilində hiperexogen qan laxtaları və duru qanın olması izlənilir.

Loxiometranın müalicəsi

Loxiometranın müalicəsiLoxiometranın müalicəsi onu törədən səbəb nəzərə alınmaqla loxiyanın sərbəst axınını təmin etməkdən ibarətdir. Loxiometranın aşkarlandığı hallarda ginekoloq qarnın aşağı hissəsinə buz, uşaqlıq əsnəyinin spazmını aradan qaldırmaq üçün spazmolitik təsirli (papaverin, drotaverin) inyeksiyalar təyin edir. Loxiometranın müalicəsində uterotonik (uşaqlığı yığan) vasitələrdən – oksitosin, metilerqometrindən istifadə olunur. İfrazatın sərbəst axını üçün zahılara gün ərzində 2-3 dəfə 1-2 saat müddətində üzü üstə uzanmaq məsləhət görülür.

Uşaqlığın hiperantefleksiyası zamanı bimanual müayinə prosesində əyrilik aradan qaldırılır; MBT təyin olunur. Servikal kanalın qan laxtaları ilə tutulması hallarında ginekoloji kresloda müayinə prosesində servikal kanal barmaqla genişləndirilərək, laxtalar ehtiyatla təmizlənilir.

2-3 gün ərzində loxiyaların axınının bərpa olunmaması uşaqlıq möhtəviyyatının instrumental yolla –histeroskopun nəzarəti altında vakuum-aparat və ya küretaj aləti vasitəsilə xaric edilməsinə göstəriş hesab olunur. Loxiometra fonunda yaranan doğuşdan sonrakı infeksiyaların müalicə və profilaktikası məqsədilə yaxmanın bakterioloji müayinəsinin nəticələrinə əsaslanaraq antibiotiklər təyin olunur.

Loxiometranın ağırlaşmaları

Loxiometranın likvidasiyasından sonra uşaqlığın ağrılı olması, onun zəif yığılması, hipertermiya davam etməsi metroendometritdən şübhələnməyə əsas verir. İnfeksiyanın proqressivləşməsi zamanı zahının vəziyyəti pisləşir – intoksikasiya, qarında ağrı, irin iyli irinli ifrazatla təzahür edən irinli-rezorbtiv qızdırma inkişaf edir. Bu fonda loxiometranın piometraya keçməsi və uşaqlığın xaric edilməsinə-histerektomiyaya göstərişlərin yaranması qeyd olunur.

Loxiometranın profilaktikası və proqnozu

Loxiometranın inkişafının qarşısını almaq üçün hamiləliyin adekvat aparılması, qadının doğuşa hazırlaşdırılması, eləcə də doğuşdan sonrakı dövrdə zahıların müşahidə altına götürülməsi: uşaqlıq yığılmalarına (gündəlik palpayisa üsulu ilə onun həssaslığının, konsistensiyasının, uşaqlıq dibinin hündürlüyünün müəyyənləşdirilməsi), ifrazatın həcmi və xarakterinə müntəzəm nəzarət tələb olunur. Doğuşdan sonrakı dövrdə qadın sidik kisəsi və bağırsağın vaxtında boşalmasına nəzarət etməli, uşağı tələbata uyğun əmizdirməli, zahılar üçün nəzərdə tutulmuş xüsusi gimnastikanı yerinə yetirməli, üzü üstə uzanmalı, gün ərzində 3-4 dəfə qarın nahiyəsinə buz qoymalıdır.

Doğum evindən buraxıldıqdan sonra qadın ümumi vəziyyət və cinsi yollardan axan ifrazata fikir verməlidir. Bədən hərarətinin yüksəlməsi, loxiyaların ləngiməsi, onların xarakter və ya iyinin dəyişməsi hallarında mütləq ginekoloqa müraciət etmək lazımdır. Loxiometranın vaxtında aşkarlanması və aradan qaldırılması zamanı proqnoz qənaətbəxşdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: