Qardnerellyoz

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 6857

qardnerellyoz nədir?Qardnerellyoz – vaginal disbakteriozdur. Xəstəlik uşaqlıq yolunun normal mikroflorasının kəskin kəmiyyət və keyfiyyət pozulmaları, laktobakteriyaların sayının azalması və şərti-patogen mikroorqanizmlərin, o cümlədən qardnerellanın çoxalması nəticəsində yaranır. Çoxlu miqdarda bozumtul rəngli, xoşagəlməyən iyə malik vaginal ifrazatla xarakterizə olunur. Müalicə aparılmadıqda bakterial vaginozlar qadin cinsiyyət sisteminin iltihabi xəstəlikləri və düşüklərin yaranma riskini artırır.

  • Qardnerellyozun əlamətləri
  • Qardnerellyozun yaranma səbəbləri
  • Qardnerellyozun inkişafı
  • Qardnerellyozun diaqnostikası
  • Qardnerellyozun müalicəsi
  • Qardnerellyozun profilaktikası

Qardnerellyoz barədə ümumi məlumat

Qardnerellyoz bakterial vaginozun (qadın cinsiyyət orqanlarının təbii mikroflorasının tərkibində balansın pozulması) ən çox rast gəlinən forması sayılır. Reproduktiv yaş dövründə olan qadınların 20%-də rast gəlinir. Normada uşaqlıq yolunun mikroflorasında süd turşusu üstünlük təşkil edir, bakterial vaginoz zamanı  şərti-patogen mikroorqanizmlərin, xüsusən qardnerellanın təsirindən süd turşusunun miqdarı azalır. Qardnerellyozun ötürülməsi cinsi yolla baş verir, əksər hallarda qardnerella aktiv cinsi həyat keçirən qadınlarda aşkar olunur. Kişilər adətən infeksiyanın daşıyıcısı rolunu oynayır, bu məqsədlə qardnerellyozun residivlərinin qarşısını almaq üçün qadının müalicəsi cinsi partnyorla birgə aparılmalıdır.

Qardnerellyozun gecikmiş forması sidik yolları, uşaqlıq və artımlarının inkişafına, sonsuzluğa, hamiləlik və doğuş zamanı ağırlaşmaların yaranması ilə nəticələnə bilər. Əksər hallarda  qardnerellyoz digər mikroorqanizmlərin: qonokokk, trixomonad, mikoplazmoz, xlamidiya, kandida və digərlərinin törətdiyi infeksiyalarla müştərək inkişaf edir.

Qardnerellyozun əlamətləri

Qardnerellyozun əlamətləriQardnerellyozun simptomları qadın cinsiyyət orqanlarının digər iltihabi xəstəliklərinin bəzi əlamətlərinə bənzəyir. Qardnerellyoz zamanı vaginal ifrazat (bozumtul-ağ rəngli, həmcins, pastaşəkilli, xoşagəlməz «balıq» iyli); göynəmə, qaşınma, cinsi əlaqə və sidik ifrazı zamanı diskomfort hissi müşahidə olunur. Xəstəlik  uşaqlıq yolu, sidik kanalı və uşaqlıq boynunda iltihabı dəyişikliklərlə müşayiət olunur. Uşaqlıqdaxili spiralın istifadəsi zamanı, aybaşı, hamiləliyin dayandırılması, doğuşdan sonra qardnerellyoz endometrit, uşaqlıq artımlarının iltihabi ilə ağırlaşa bilər. Qardnerellyoz hamiləliyə neqativ təsir göstərir: əksər hallarda vaxtından əvvəl doğuş halları müşahidə olunur, uşaqlar zəif olur, dölün doğuş prosesində infeksiyalaşması mümkündür.

Kişilərdə urogenital traktda qardnerellanın olması çox zaman özünü büruzə vermir, az hallarda uretrit əlamətlərilə müşayiət olunan zəif gedişli iltihabi prosesə səbəb olur. Bu halda sidik kanalından az miqdarda ifrazat (seroz-irinli, boz rəngli «balıq» iyli) və sidik ifrazı zamanı diskomfort müşahidə olunur.  Prostatit, xayalar və artımların iltihabı, sonsuzluqla ağırlaşa bilər.

Qardnerellyozun yaranma səbəbləri

Bakterial vaginoz (qardnerellyoz) qeyri-fizioloji mikroorqanizm növlərinin, ilk növbədə qardnerellanın dominantlığı zamanı uşaqlıq yolunun təbii mikroflorasının disbalansı nətivəsində yaranır. Sidik-cinsiyyət sisteminin normal mikroflorasını pozan amillər 2 yerə bölünür: xarici və daxili.

Qardnerellyozun yaranmasına səbəb olan xarici amillərdən ən rast gəlinəni aşağıdakılardir:

  • pis ekologiya;
  • cinsi partnyorun tez-tez dəyişdirilməsi;
  • qeyri-rasional qidalanma, qıda rasionunda süd məhsullarının azlıq təşkil etdiyi pəhriz ;
  • zöhrəvi xəstəliklər;
  • antibiotiklərin istifadəsi ( o cümlədən şamlar, məlhəmlər);
  • kontraseptiv vasitələrin qəbulu (9-nonoksinol tərkibli vaginal şamlar, spermisid gelli prezervativlər, hormonal preparatlar);
  • gigiyenik vasitələrin istifadəsı (bez, tampon, ətirləndirilmiş intim gigiyena vasitələri) və tez-tez şırınqalama;
  • sintetik materialdan hazırlanmış dar alt paltarlar və geyimlər.

Daxili amillərə aiddir:

  • endokrin pozulmalar və dəyişikliklər (o cümlədən hamiləlik);
  • immmun müdafiənin zəifləməsi, immunodefisit hallar;
  • emosional və fiziki yorğunluq, stress;
  • xroniki xəstəliklər, bağırsaq və sidik-cinsiyyət traktının mikroflorasının disbalansı.

Qardnerellyozun inkişafı

Qardnerellyozun müalicəsiNormada yetkin qadınların uşaqlıq yolunda 15 növdən çox mikroorqanizmlərə rast gəlinir.  Onların çox hissəsini asidofil laktobakteriyalar, az bir qismini  bifidobakteriyalar (10%), peptostreptokoklar (~5%) təşkil edir. Süd turşusu sayəsində laktoflora cinsiyyət orqanlarının yerli müdafiə və immun funksiyalarını yerinə yetirən turş mühitini təmin edir.

Qadınların uşaqlıq yolunda az miqdarda anaerob bakteriyalar (mobilunkus, bakteroid, qardnerella), genital mikoplazma, trixomonad, kandida müşahidə olunur. Bu mikroorqanizmlərin miqdarının kəskin artması mikrobioloji tarazlığı pozur, beləliklə də uşaqlıq yolunun disbakteriozu və ya bakterial vaginoz yaranır. Xəstəlik Doderlayn mikroflorasının (laktobakteriyalar) sayının azalması və sərti-patogen növlərin üstünlüyü ilə xarakterizə olunur. Şərti-patogen mikroorqanizmlərin arasında daha çox vaginal qardnerellaya rast gəlinir. Qardnerella bu dəyişikliklərin əsas, lakin yeganə olmayan səbəbidir. Bu səbəbdən bakterial vaginoz halı qardnerellyoz adlandırılır.

Qardnerellalardan əlavə digər bakteriyaların (kokklar, trixomonad, mikoplazma, mobilunkus, mayayabənzər göbələklər) də sayı artır. Bakterial vaginozun inkişafında qardnrellanın rolu şərti-patogen və patogen mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Uşaqlıq yolu mühiti qələviləşir, qardnerellanın mübadilə məhsulları selikli qişanın yaranmış pozulmalarını dərinləşdirir, digər infeksiyaların daxil olmasına şərait yaranır. Beləliklə, qardnerellyoz qadın sidik-cinsiyyət sisteminin iltihabi xəstəliklərinin inkişafına səbəb olur.

Qardnerellyozun diaqnostikası

Qardnerellyozun diaqnozunun təqdiqlənməsi məqsədilə ginekoloji müayinədə uşaqlıq yolundan yaxma götürülür. Qardnerellyozun diaqnostikasında qardnerellanın aşkar edilməsindən çox, onun sayı və vaginal sekretin tərkibindəki mikroorqanizmlərın nisbəti əhəmiyyət kəsb edir. Qardnerellaya əksər saglam qadınların uşaqlıq yolu florasında disbakterioz əlamətləri müşahidə olunmadan rast gəlinir.. «Qardnerellyoz» diaqnozu aşağıdakı kriteriyaların əsasında qoyulur:

  • xəstənin şikayətləri və kliniki təzahürlər (həmcins pastaşəkilli bozumtul-ağ rəngli ifrazatın olması);
  • vaginal sekretin pН səbiyyəsinin artması (> 4,5);
  • uşaqlıq yolu və sidik kanalından götürülmüş yaxmada «açar» hüceyrələrinin olması.

«Açar» hüceyrələri- kiçik çubuqlarla (qardnerellalarla) örtülmüş epitel hüceyrələridir. Bu qardnerellyozun vacib əlaməti sayılır;

  • amin testi.

Qatdnerellyoz zamanı qardnerella və anaerob mikroorqanizmlərın həyat fəaliyyəti prosesində ucuzu aminlər (putressin, trietilamin, kadaverin) əmələ gəlir. Bi maddələrin parçalanması zamanı xoşagəlməz  «balıq» iyi yaranır. Qardnerellyozun diaqnozunun təqsdiqlənməsi üçün bu kriteriyalardan ən azı 3 aşkar olunmalıdır. Bununla yanaşı bakterial vaginozun yaranmasına səbəb olan bağırsaq disbakteriozuna görə müayinə aparılmalı, aşkar olunduğu halda mütləq uyğun müalicə təyin olunmalıdır.  Bu, qardnerellyozun residivlərinin yaranma riskini aşağı salır.

Qardnerellyozun müalicəsi

Qardnerellyozun erkən və düzgün diaqnostikası onun vaxtında müalicə olunmasına kömək edir. Müasir  ginekologiyanın istifadə etdiyi metodlar xəstənin sağalması və ağırlaşmaların qarşısını almağa imkan verir, lakin gələcəkdə xəstəliyin residivlərinin olmayacağına zəmanət vermir.  Qardnerellyozun terapevtik müalicəsi xəstəliyin yaranma səbəbi və onun təzahürlərinin aradan qaldırılmasına və cinsiyyət orqanlarının mikroflorasının normallaşması üçün əlverişli şəraitin yaradılmasına yönəldilir. Qardnerellyozun müalicəsinin I mərhələsində klindamisin və metronidazol preparatları (peroral və intravaginal) təyin olunur: klindamisin forfat-kapsullar və vaginal krem (2%); metronidazol– həblər və gel (0,75%). Qardnerellyozun müalicəsi zamanı vaginal kandidozun inkişafının qarşısını almaq üçün klotrimaksozol (krem) təyin olunur. Qardnerellyozdan əziyyət çəkən qadınlarda hamləliyin aparılması zamanı yuxarıda qeyd olunan preratlarla müalicəyə (həkim məsləhətinə əsasən daxili və xarici) hestasiyanın II trimestrində başlanılır. I trimestrdə metronidazol və klindamisinin peroral qəbulu yolverilməzdir.

Qadnerellyozun müalicəsi kliniki-laborator analizlərin nəzarəti altında aparılır. Şikayət, əlamətlərın olmaması və laborator kriteriyaların normallaşması zamanı müalicə dayandırılır. Qardnerellyozun müalicəsı zamanı prezervativsiz cinsi əlaqədən, spirtli içkilər, gündəlik bezlər, dar sintetik alt paltarlarından imtina etmək lazımdır. Müalicənin II mərhələsi lakto-və bifidumbakteriyalardan ibarət preparatlar, vitaminlər, immunostimulyatorların qəbulundan (daxili və yerli) ibarətdir.

Qardnerellyozlu qadınların cinsi partnyorlarının müayinə və müalicəsi mubahisəli məsələdir. Xəstəliyin residivləri hər iki cinsi partnyorun müalicəsindən sonra da yarana bilər. Hər halda qardnerellyozun dayanıqlı və residvləşən formalarında eyni müalicənın kişilərdə də aparılması məqsədəuyğundur.

Qardnerellyozun profilaktikası

Qardnerellyozun inkişafı və onun residivlərinin qarşısını almaq üçün bakterial vaginozun yaranma səbəblərinin aradan qaldırılmasına yönəldilmiş profilaktik tədbirlərdən istifadə olunur. Qardnerellyozun ağırlaşmalarının geniş yayılması və təhlükəliyi nəinki xəstəliyin tez bir zamanda müalicəsini, həmçinin onun müntəzəm məişət və tibbi profilaktikasını tələb edir. Qadınlara məsləhət görülür:

  • daimi cinsi partnyorla əlaqədə olmaq, təsadüfi cinsi əlaəqlərdən qacmaq;
  • kontrasepsiyanın baryer üsullarından (prezervativ) istifadə etmək, yerli kontraseptivlərin istifadəsini minimuma endirmək;
  • vaginal antibakterial şam və həblərdən uzunmüddətli və nəzarətsiz istifadə etməmək;
  • yerli immunitetin yaradılması məqsədilə vaksinasiyadan istifadə etmək;
  • ümumi və intim gigiyenaya riayət etmək.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin: