Rezistent yumurtalıqlar sindromu

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 2420

rezistent yumurtalıqlar sindromu nədir?Rezistent yumurtalıqlar sindromu– yumurtalıqların qonadotrop stimulyasiyaya həssaslığının olmaması nəticəsində inkişaf edən patoloji simptomokompleksdir. 35 yaşdan kiçik qadınlarda ikincili amenoreya və sonsuzluqla xarakterizə olunur. Rezistent yumurtalıqlar sindromunun diaqnostikası ginekoloji anamnez və baxış, hormonal müayinələr və sınaqlar, USM, yumurtalıqların biopsiyasının nəticələrinə əsaslanır. Müalicə məqsədilə estrogeni əvəz edən hormonoterapiyadan istifadə olunur; hamiləlik KRT üsulları ilə mümkündür.

  • Rezistent yumurtalıqlar sindromunun yaranma səbəbləri
  • Rezistent yumurtalıqlar sindromunun əlamətləri
  • Rezistent yumurtalıqlar sindromunun diaqnostikası
  • Rezistent yumurtalıqlar sindromunun müalicəsi
  • Rezistent yumurtalıqlar sindromunun profilaktikası

Rezistent yumurtalıqlar sindromu barədə ümumi məlumat

Rezistent yumurtalıqlar sindromu – az öyrənilən patologiyadır. Bu zaman normal ikincili cinsi əlamətlər, makro- və mikroskopik dəyişilməyən qonadlar və qonadotropinlərin yüksək səviyyəsi fonunda amenoreyasonsuzluq müşahidə edilir. Amenoreyanın müxtəlif formaları arasında rezistent yumurtalıqlar sindromu 1,9-10% yer tutur. Tibbi ədəbiyyatda rezistent yumurtalıqlar sindromunun Sevic sindromu, refrakter, iflic olmuş, «lal» yumurtalıqlar sindromu kimi sinonimlərinə rast gəlinir.

Rezistent yumurtalıqlar sindromunun səbəbləri

Rezistent yumurtalıqlar sindromunun səbəbləriRezistent yumurtalıqlar sindromunun etiopatogenezi axıra qədər öyrənilməmişdir. Onun yaranmasının follikulların reseptor aparatında genetik qüsurlarla bağlı olması ehtimal edilir. Patologiyanın autoimmun xarakterini sübut edən məlumatlar mövcuddur – rezistent yumurtalıqlar sindromu zamanı  qan zərdabında yumurtalıqlarda FSH-reseptorlarının həssaslığını blokada edən anticisimlər aşkarlanır. Bundan əlavə klinik müşahidələrə əsasən Sevic sindromu əksər hallarda Haşimoto tireoiditi, miasteniya, şəkərli diabet, hipoparatireoidit, trombositar purpura, alopesiya, autoimmun hemolitik anemiya və s. ilə müştərək şəkildə inkişaf edir.

Həmçinin sindromun yaranma ehtimalını artıran yatrogen amillər (radiorentgenoterapiyanın aparılması, immunodepressant və sitostatiklərin tətbiqi, yumurtalıqların rezeksiyası) təyin edilmişdir. Çox zaman rezistent yumurtalıqlar sindromuna epidemik parotit, vərəm, aktinomikoz, sarkoidoz zamanı ovarial toxumanın zədələnməsi səbəb olur.

Rezistent yumurtalıqlar sindromunun əlamətləri

Rezistent yumurtalıqlar sindromunun əlamətləriRezistent yumurtalıqlar sindromunun tipik əlaməti 35 yaşdan kiçik qadınlarda aybaşının qeyri-müntəzəmliyi, daha sonra tamamilə kəsilməsi (ikincili amenoreya) hesab olunur. Anamnezdə adətən aybaşı və reproduktiv funksiyalarla əlaqəli irsi meyllik, autoimmun patologiyalar, tez-tez təkrarlanan infeksiyaların olması qeyd olunur. Keçirilmiş ağır virus infeksiyaları, stress, böyük dozalarda sulfanilamidlər və ya digər preparatların qəbulu xəstəliyin başlanmasına təkan verir.

Rezistent yumurtalıqlar sindromlu qadınlarda menarxenin vaxtında başlanması, çox vaxt keçmişdə doğuş və abortların aparılması aşkar edilir. Aybaşı funksiyasının oliqomenoreya tipi üzrə pozulması 3-10 il davam edə bilər. Sevic sindromunu xarakterizə edən mühüm informativ əlamət klimaks və ya yumurtalıqların tükənmə sindromu üçün tipik sayılan vegetodamar pozğunluqların (istilik gəlməsi, ürəkdöyünmə, tərləmə və s.) olmamasıdır.

Rezistent yumurtalıqlar sindromlu payiyentlər qadın tipli bədən quruluşuna malik olur, ikincili cinsi əlamətlər düzgün formalaşır. Süd vəzilərinin inkişafı normaldır, əksər qadınlarda fibroz-kistoz mastopatiya müəyyən edilir. Nadir hallarda epizodik spontan aybaşıyabənzər qanaxmalar qeydə alınır.

Rezistent yumurtalıqlar sindromunun diaqnostikası

Yalnız instrumental və laborator müayinələrin nəticələrinin kompleks şəkildə öyrənilməsi rezistent yumurtalıqlar sindromunu oxşar simptomatikalı patologiyalardan: qonadların disgeneziyası, yumurtalıqların tükənmə sindromu, prolaktinoma və s. differensiasiya etməyə imkan verir. Ginekoloji müayinə zamanı hipoestrogeniya əlamətləri – vulva və uşaqlıq yolunun selikli qişalarının nazilməsi və hiperemiyası, zəif müsbət «bəbək» simptomu aşkarlanır.

Kiçik çanağın USM prosesində nazik endometriumlu normal və ya bir qədər kiçilmiş uşaqlıq vizualizasiya olunur; yumurtalıqların ölçüləri dəyişilməmişdir, diametri 5-6mm-dən kiçik olan follikullar (multifollikulyar yumurtalıqlar fenomeni) müəyyən edilir. Hormonların müayinəsi qan plazmasında LH və FSH yüksək göstəriciləri, prolaktinin normal səviyyəsi və estradiolun aşağı konsentrasiyası ilə səciyyələnir. Rezistent yumurtalıqlar sindromu zamanı xarakterik hormonal göstəricilər prostaqlandin E2 səviyyəsinin 3-4, kortizolun -2, testosteronun 3-10 dəfə artması hesab olunur.

Hormonal testlərin aparılması yüksək diaqnostik əhəmiyyət kəsb edir. İlkin gestagen sınaq bir qayda olaraq, müsbətdir, sonrakı testlər mənfi nəticələr göstərir. Rezistent yumurtalıqlar sindromunda siklik rejimdə estrogengestagen sınağına həmişə müsbət cavab alınır, bu da hipotalamo-hipofizar nahiyə ilə yumurtalıqlar arasında əks əlaqə mexanizmlərinin saxlanılmasına dəlalət edir.

Diaqnostik laparoskopiyanın aparılması yumurtalıqlarda yetişməkdə olan follikulların vizualizasiyasına kömək edir; ovarial toxumanın biopsiyası və histoloji müayinələr bioptatda promordial və preantral follikulların olmasını təsdiqləyir. Hipofizin adenomasını istisna etmək üçün türk yəhərinin rentgenoqrafiyası, hipofizin KT və ya MRT icra olunur.

Rezistent yumurtalıqlar sindromunun müalicəsi

Rezistent yumurtalıqlar sindromunun etiopatogenezi əksər hallarda müəyyən edilmədiyindən onun müalicəsi çox çətin olur.

Pasiyentlərdə estrogendefisit vəziyyətin korreksiyasına, aybaşı siklinin normallaşmasına, qonadotrop hormonların səviyyəsinin azalmasına yönəldilmiş iki- və ya üçfazalı ƏHT tətbiq edilir. Kontrasepsiya rejimində cavan pasiyentlərə estradiolun didrogestreron, noretisteron, medroksiprogesteron və ya siproteronla kombinasiyaları təyin olunur. Yaşı 50-dən yuxarı olan qadınlarda ƏHT fasiləsiz rejimdə (tibolon, estradiolun dienogest və ya noretisteronla kombinasiyası) aparılır.

Qeyri-medikamentoz üsullardan yumurtalıqların reseptor nahiyələrinə akupunktura, E vitamini ilə intravaginal və qarın divarından ultrafonofarez, kurortoterapiya məsləhət görülür.

Normal ovulyator aybaşı sikli bərpa olunmadığından rezistent yumurtalıqlar sindromlu qadınlarda reproduktiv funksiyanın realizasiyası yalnız donor yumurtahüceyrəsindən istifadə etməklə  EKM vasitəsilə mümkündür.

40 yaşdan sonra ildə hər il mammoqrafiya, kiçik çanağın USM, osteoporozun istisnası üçün densitometriyanın aparılması, qanda xolesterin və lipoproteidlərin müayinəsi tələb olunur.

Rezistent yumurtalıqlar sindromunun profilaktikası

Rezistent yumurtalıqlar sindromunun inkişaf mexanizmlərinin mürəkkəbliyi və kifayət qədər öyrənilməməsi ilə əlaqədar onun profilaktikasının spesifik tədbirləri müəyyən edilməmişdir. Qeyri-qənaətbəxş yatrogen təsirlərin – infeksiyalar, şüalanma, dərman intoksikasiya və s. istisna olunması məsləhət görülür. Aybaşı funksiyalarının pozulması zamanı hərtərəfli müayinənin aparılması üçün ginekoloqa vaxtında müraciət edilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: