Uşaqlıq boynunun doğuşdan sonrakı xorası

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2318

uşaqlıq boynunun doğuşdan sonrakı xorası nədir?Uşaqlıq boynunun doğuşdan sonrakı xorası – uşaqlıq boynunun selikli qişasının və qonşu toxumaların doğuşdan sonrakı cırılmalar və ya yaraların yerində yaranan məhdud xarakterli qüsurudur. Uşaqlığın doğuşdan sonrakı xorasının gedişi yerli infeksion-iltihabi reaksiyalar, subfebrilitet, kolpit, vulvit əlamətləri ilə xarakterizə olunur. Diaqnostika ginekoloji baxış, kolposkopiya, yaxmanın müayinəsinə əsaslanır. Uşaqlıq boynunun xoralı qüsurunun müalicəsi yerli üsullarla- hipertonik məhlul, fermentlər, antibakterial məlhəmli salfetlərin qoyulması ilə aparılır.

  • Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının yaranma səbəbləri
  • Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının əlamətləri
  • Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının diaqnostikası
  • Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının müalicəsi
  • Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının proqnoz və profilaktikası

Uşaqlıq boynunun doğuşdan sonrakı xorası barədə ümumi məlumat

Uşaqlıq boynunun doğuşdan sonrakı xorası doğuş prosesi və doğuş yollarının infeksiyalaşmasından birbaşa asılıdır. Uşaqlıq boynunun doğuşdan sonrakı xorası doğuşdan sonrakı infeksiyaların məhdud formalarına aid olub, sürətli, uzunmüddətli və ya cərrahi doğuşlar zamanı uşaqlıq boynunun zədələnməsi fonunda inkişaf edir.

Uşaqlıq boynunun daxili cırılmaları əksər hallarda doğuşun birinci dövrünün sonunda uşaqlıq boynunun natamam açılması zamanı yaranaraq, infeksiya üçün giriş qapısı rolunu oynayır. Servikal kanalın selikli qişasının çat və ya cırılmalarının infeksiyalaşması nəticəsində uşaqlıq boynunun xorası formalaşa bilər. Onun səthində toxumaların nekrozu baş verir, irinli ərp əmələ gəlir, qonşu toxumaların ödem və hiperemiyası inkişaf edir.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorası doğuş keçirən qadının orqanizmində vahid infeksion prosesin inkişaf mərhələsi hesab olunur. Bu zaman infeksiya uşaqlığın hüdudları daxilində yerləşir, lakin geniş zədələnmələr və düzgün aparılmayan müalicə zamanı ağırlaşmalarla, hətta generalizəolunmuş septiki forma ilə nəticələnə bilər. Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının sağalma prosesləri çox zaman pozulur və ya ləng gedir, bu da iltihabın xronizasiyasına gətirib çıxarır.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının səbəbləri

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının səbəbləriUşaqlıq boynunun doğuşdan sonrakı xorası servikal kanalın doğuşdan sonrakı yara səthinə mikroorqanizmlərin daxil olması zamanı inkişaf edir. Uşaqlıq boynunun doğuşdan sonrakı xorası patogen mikroflora: qonokokk, trixomonad, xlamidiya, mikoplazmalar tərəfindən törədilir. İmmunitetin zəifləməsi zamanı şərti-patogen mikroorqanizmlər: qızılı stafilokokk, hemolitik və anaerob streptokokk, laktozoneqativ enterobakteriyalar (protey, klebsiella), hemolizə uğrayan bağırsaq çöpü, obliqat və fakultativ anaeroblar (klostridiya, bakteroid; peptokokk, peptostreptokokk və s.), eləcə də mikroorqanizmlərin assosiasiyaları uşaqlıq boynunun doğuşdan sonrakı xorasına səbəb ola bilər.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının risk amillərinə doğuş fəaliyyətinin ağırlaşmaları: doğuş prosesi və erkən zahılıq dövründə uşaqlıq qanaxmaları, cərrahi doğuşlar nəticəsində doğuş yollarının travmaları (doğuş travması), uzunmüddətli susuz dövr aiddir.

Sanitar-epidemioloji rejimin pozulması, hamiləlik və doğuş zamanı invaziv diaqnostika (transservikal amniosentez və amnioskopiya, dölün birbaşa elektrokardioqrafiyası), istmiko-servikal çatışmazlığın cərrahi müalicəsi, döl yumurtasının qişalarının cırılması zamanı tez-tez təkrarlanan vaginal müayinələr və uşaqlıq boşluğunun əllə müayinəsi) doğuşdan sonrakı ağırlaşmalara, o cümlədən uşaqlıq boynunun doğuşdan sonrakı xorasına gətirib çıxara bilər. Zahılarda cinsiyyət orqanlarının xroniki infeksiyaları doğuşdan sonrakı travma nahiyəsində iltihabi prosesin inkişafına və uşaqlıq boynunun doğuşdan sonrakı xorasının formalaşmasına səbəb olur.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının əlamətləri

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının əlamətləriDoğuşdan sonrakı xora doğuş prosesindən 3-4 gün sonra uşaqlıq boynunun travma nahiyəsində yaranır. Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının yerli simptomatikası yara səthində boz-sarımtıl rəngli irinli ərpin yaranması, periferik toxumaların iltihab əlamətləri (hiperemiya və ödem), zədələnmiş sahənin qanaması ilə xarakterizə olunur.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorası subfebril hərarət, ağrı, ümumi halsızlıqla müşayiət edilə bilər. İnfeksiyanın uşaqlıq boynunun hüdudlarından kənara yayılması zamanı göynəmə, leykorreya, selikli qişaların qaşınması, hiperemiyası ilə gedən kolpit, vulvit inkişaf edir.

Adətən 4-5 gündən sonra hərarət norma səviyyəsinə enir, xəstənin ümumi halı yaxşılaşır. Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının qənaətbəxş gedişi zamanı yara ərpdən təmizlənir, epitelləşir. Əks hallarda septiki infeksiyanın generalizasiyası mümkündür.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının diaqnostikası

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının diaqnostikası klinik əlamətlər, ginekoloji baxış, laborator və instrumental müayinələrin nəticələrinə əsaslanır. Vaginal güzgülərlə aparılan ginekoloji müayinədə uşaqlıq boynunun səthində fibrinoz-irinli və ya irinli ərplə örtülmüş yara qüsuru, ətraf toxumaların ödem və hiperemiyası aşkar edilir.

Kəskin proses zamanı qanda leykositlərin sayının və EÇS-nin artması müşahidə olunur. Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının törədiciləri PZR-diaqnostika və ya servikal kanalın ifrazatının bakterioloji müayinəsi vasitəsilə təyin edilir. Bakterioloji əkilmə antibiotikoterapiyadan əvvəl aparılır. Əlavə olaraq kolposkopiya, USM, histeroskopiya, termoqrafiya və s. tətbiq oluna bilər.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının müalicəsi

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının əsas müalicə üsulu irinli ifrazatın xaric edilməsinə, yaranın antiseptik işlənməsinə və regenerasiya proseslərinin tezləşməsinə yönəlmiş lokal terapiyadır. Uşaqlıq boynuna doğuş prosesində tikiş qoyulmuşsa, müalicə müddətində onlar sökülməlidir.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorası zamanı yara səthinə 10%-li natrium xlorid, furasilinli steril tənzif trundalar, nekrolitik fermentlər (sigerol, tripsin, ximotripsin), antibiotiklərlə məlhəm applikasiyaları (xloramfenikol+metilurasil, sintomisin emulsiyası, Vişnevski məlhəmi) qoyulmaqla irinli ərp xaric edilir.  Salfetlər xora irindən təmizlənənə qədər hər gün dəyişdirilir, bu proses bir neçə gün davam edir.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının epitelizasiyası adətən 10-12 gündən sonra başa çatır. Kiçik ölçülü zədələnmələr zamanı uşaqlıq boynunun doğuşdan sonrakı xorası ikincili dartılma ilə sağalır, iri həcmli yaralarda isə tikişlər qoyulur. Dərin cırılmaların tikilməsindən sonra uşaqlıq boynunun çapıq deformasiyası inkişaf edə bilər. Bu qüsur sonralar lazer, radiobiçaq və ya cərrahi üsullarla-uşaqlıq boynunun konizasiyası, servikal kanalın bujlanması ilə korreksiya olunur.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının proqnoz və profilaktikası

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının proqnozu əksər hallarda qənaətbəxş olur. Vaxtında və düzgün aparılan müalicə zamanı uşaqlıq boynunun doğuşdan sonrakı xorası irindən təmizlənir və tədricən epitelləşir. Hazırda profilaktik tədbirlər, eləcə də adekvat antibakterial terapiya sayəsində uşaqlıq boynunun doğuşdan sonrakı xorası fonunda ağırlaşmalara çox nadir hallarda rast gəlinir.

Uşaqlıq boynunun doğuşdan sonrakı xorasının profilaktikası hamiləliyin planlaşdırılması zamanı cinsiyyət orqanlarının iltihabi patologiyalarının və ekstragenital xəstəliklərin müalicəsindən, doğuş yollarının sanasiyasından, doğuş və doğuşdan sonrakı dövrün rasional aparılmasından, aseptika, antiseptika və şəxsi gigiyena qaydalarına riayət etməkdən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: