Uşaqlıq yolunun atreziyası

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3287

uşaqlıq yolunun atreziyası nədir?Uşaqlıq yolunun atreziyası – uşaqlıq yolu divarlarının izoləolunmuş birincili (anadangəlmə) və ya ikincili (qazanılmış) bitişməsidir. Klinik olaraq hematokolpos, hematometra, hematosalpinks, mukokolpos və cinsi əlaqənin mümkünsüzlüyü ilə təzahür edir. Diaqnoz ginekoloji müayinə, uşaqlığın zondlanması, kiçik çanağın USM və MRT əsasında qoyulur. Müalicə ancaq cərrahi yolla: hematokolposun təmizlənməsi və uşaqlıq yolunun plastikası ilə aparılır. Patologiyanın ağırlaşmalarına qalxan infeksiyalar, peritonit, sepsis, uşaqlıq yolu divarlarının təkrar bitişməsi aiddir.

  • Uşaqlıq yolunun atreziyasının yaranma səbəbləri
  • Uşaqlıq yolunun atreziyasının əlamətləri
  • Uşaqlıq yolunun atreziyasının ağırlaşmaları
  • Uşaqlıq yolunun atreziyasının diaqnostikası
  • Uşaqlıq yolunun atreziyasının müalicəsi
  • Uşaqlıq yolunun atreziyasının profilaktikası

Uşaqlıq yolunun atreziyası barədə ümumi məlumat

Uşaqlıq yolunun atreziyası zamanı onun fibroz toxuma ilə bitişməsi baş verir, lakin bu zaman xarici cinsiyyət orqanları, uşaqlıq (cismi və boynu), uşaqlıq boruları və yumurtalıqlar düzgün quruluş və funksiyaya malik olur. Uşaqlıq yolunun atreziyası aybaşı qanının axınına və cinsi əlaqəyə çətinlik törədir.

Uşaqlıq yolunun atreziyası anadangəlmə və ya qazanılmış xarakter daşıyır. Bitişmənin lokalizasiyasına görə ginekoloqlar atreziyanı tam və ya hissəvi (aşağı, orta və yuxarı hissəsində) formalara ayırd edirlər. Uşaqlıq yolunun arakəsməsində dəlik müşahidə olunarsa, bu patologiya atreziyanın fistula forması sayılır. Uşaqlıq yolunun atreziyasına hər 10 000 qadından 2—4-də rast gəlinir.

Uşaqlıq yolunun atreziyasının səbəbləri

Uşaqlıq yolunun atreziyasının səbəbləriUşaqlıq yolunun atreziyası multifaktorlu patologiya  hesab olunur. Uşaqlıq yolunun anadangəlmə atreziyası müller axacaqlarının bətndaxili dövrdə düzgün formalaşmaması nəticəsində yaranır. Müller axacaqlarının urogenital sinusla birləşməsi müxtəlif əlverişsiz amillərin (o cümlədən ana orqanizmində cinsi yolla ötürülən infeksiyaların olması – mikoplazmoz, trixomoniaz, genital herpes, ureoplazmoz, papillomavirus infeksiyaları və s.) təsirindən pozula bilər.

İkincili (qazanılmış) atreziyalar uşaqlıq yolunun əməliyyat və doğuş zamanı qazanılan travmaları, tez-tez baş verən iltihabi proseslər (kolpit), konsentrasiyalaşdırılmış dezinfeksiyaedici məhlullarla şırınqa və tibbi müdaxilələrin fəsadlaşmasından sonra yaranır. Qazanılmış atreziyalar çox zaman uşaqlıqda keçirilmiş xəsətəliklərdən – parotit, skarlatina, difteriya və s. sonra inkişaf edir.

Uşaqlıq yolunun atreziyasının əlamətləri

Uşaqlıq yolunun atreziyasının əlamətləriUşaqlıq yolunun atreziyasının birincili formasında menarxenin başlanması ilə əlaqədar qarnın aşağı hissəsində müntəzəm olaraq təkrarlanan, kəsici xarakterli ağrılar yaranır, lakin aybaşı qanının xaricə axını baş vermir. Atreziyanın lokalizasiyasından asılı olaraq, qan boşluqda toplanaraq, uşaqlıq yolu (hematokolpos), uşaqlıq (hematometra) və fallop borularının (hematosalpinks) divarlarının gərilməsinə səbəb olur. Hematokolpos zamanı sızıltılı, hematometrdə isə spastik xarakterli, bəzi hallarda huşun itirilməsi ilə müşayiət olunan ağrılara rast gəlinir.

Uşaqlıq yolunun atreziyası nadir hallarda körpələrdə də aşkar olunur. Servikal və uşaqlıq yolu vəzilərinin ananın estrogenləri ilə stimulyasiyasının nəticəsində mukokolpos (uşaqlıq yolunda selikli sekretin toplanması  və divarlarının gərilməsi) inkişaf edir. Mukokolpos adətən uşağın sidik ifrazi ilə bağlı narahatlıqları və ya qarın boşluğunda iri törəmənın aşkarlanması zamanı üzə çıxır.  Uşaqlıq yolunun nəzərəçarpacaq dərəcədə gərilməsi yuxarı sidik yollarının hidronefrotik transfromasiyasına səbəb ola bilər.

Uşaqlıq yolunun anadangəlmə atreziya bir sira hallarda patologiyanın fistala və ya tam atreziya forması, anal dəliyin atreziyası, sidik sisteminin ageneziyası ilə müştərək şəkildə inkişaf edir. Uşaqlıq yolunun atreziyası yalançı amenoreya ilə yanaşı sekretin xarıcə axınının pozulması nəticəsində yaranan vaginal qaşınma, disbakterioz və kolpitlə müşayiət oluna bilər. Cinsi həyat sürən qadınlarda uşaqlıq yolunun atreziyasının səviyyəsindən asılı olaraq, cinsi əlaqə mümkün olmur və ya kəskin ağrı, diskomfort hissi ilə müşayiət olunur. Uşaqlıq yolunun atreziyası hamiləliyin baş tutması və fizioloji doğuş aktının gedişinə (ikincili atreziyanın hamiləlik fonunda formalaşması zamanı) mane olur.

Uşaqlıq yolunun fistullu atreziyası qalxan infeksiya ilə müştərək inkişaf etdikdə periodik olaraq irinli xarakterli ifrazatla təzahür edən piokolpos yarana bilər.  Çox vaxt piokolpos retro-abdominal müayinə və ya iltihabəleyhinə müalicə zamanı təmizlənir. Uşaqlıq yolunun arakəsməsində drenaj dəliyı olmadıqda  tez bir zamanda piometr, piosalpinks inkişaf edir və irinin sərbəst qarın boşluğuna reflyuksu baş verir. Bununla yanaşı hərarət və  «kəskin qarın» əlamətlərinin sürətlə artması, əhval-ruhiyyənin pozulması müşahidə olunur. Bəzən qalxan infeksiya çox sürətlə inkişaf etdiyindən təcili kolpotomiyanın aparılması pelvioperitonit və peritonitin inkişafının qarşısını ala bilmir.

Uşaqlıq yolunun atreziyasının ağırlaşmaları

Piohematometr və piohematosalpinks zamanı infeksiyalaşmış qan qarın boşluğuna tökülərək peritonit inkişafı ilə nəticələnir. Nadir hallarda fallopiya borularının keçməməzliyi ilə müşayiət olunan uşaqlıq yolunun atreziyası zamanı uşaqlığın cırılması və onun möhtəviyyatının qarın boşluğuna tökülməsi baş verə bilər. Uşaqlıq yolunun yüksək atreziyasında vaginoplastika zamanı uşaqlıq, sidik kisəsi və ya düz bağırsağın divarları zədələnə bilər. Patologiyanın ən çox rast gəlinən ağırlaşmalarından biri uşaqlıq yolunun təkrar atreziyasına səbəb olan kobud çapıqlaşmanın yaranmasıdır.

Uşaqlıq yolunun atreziyasının diaqnostikası

Uşaqlıq yolunun atreziyası rekto-abdominal müayinə, kiçik çanağın USM (MRT), uşaqlıq yolunun zondlanması (atreziyanın səviyyəsinin müəyyən etmək üçün) zamanı aşkarlanır.  Ginekoloji müayinə zamanı cinsi yarıqda gümbəz şəklində qabaran hematokolpos müşahidə edilir. Uşaqlıq yolunun atreziyasından əziyyət çəkən xəstələrin rekto-abdominal müayinəsində yuxarıda yerləşmiş, ölçüləri böyümüş, kəskin ağrılı uşaqlıq və fallopiya boruları aşkarlanır. Zondlama üsulu uşaqlıq yolunun dərinliyini və atreziyanın səviyyəsini təyin etməyə imkan verir ki, bu da vaginoplastikanın planlaşdırılması üçün çox əhəmiyyətlidir.

Cinsi yollardan götürülən yaxmanın bakterioloji və mikroskopik müayinəsi adekvat antibakterial terapiyanın təyinində böyük rol oynayır.  USM vasitəsilə hematometra  (piometra) və hematosalpinks (piosalpinks), onların ölçü və lokalizasiyası aşkarlanır. Kiçik ölçülü hematokolpos zamanı kiçik çanağın MRT məsləhət görülür. Bəzən uşaqlıq yolunun atreziyası zamanı diaqnostik laparoskopiya və vaginoqrafiya (uşaqlıq yolunun obstruksidan yuxarı hissəsinin kontrast rentgenoqrafiyası) üsullarından  istifadə olunur.  Kəskin sidik ləngiməsi və ya piuriya zamanı fistula ilə müşayiət olunan piokolpos uroloji müayinəyə göstəriş hesab olunur.

Uşaqlıq yolunun atreziyasının müalicəsi

Atreziya zamanı cərrahi yolla uşaqlıq yolunun bitişməsi aradan qaldırılır və onun keçiriciliyi bərpa olunur (vaginoplastika).  Əməliyyat zamanı uşaqlıq yolunun arakəsməsi kəsilir, servikal kanaldan keçməklə piokolpos (hematokolpos) və ya hematometr təmizlənilir. Uşaqlıq yolu qan yığınından təmizləndikdən və antiseptiklərlə yuyulduqdan sonra  arakəsmə uşaqlığın divarlarına kimi kəsilir. Yaranın kənarları ketqutla tikilir, uşaqlıq yolunun keçiriciliyi və forması bərpa edilir. Formalaşmış uşaqlıq yoluna vazelin yağı hopdurulmuş steril tampon yeridilir.

Fallopiya borularında qan yığılması zamanı ilkin mərhələdə laparotomiya aparılır, hematosalpinks xaric edilir, sonra uşaqlıq yolundan keçməklə hematokolpos təmizlənilir. Əməliyyatdan sonrakı dövrdə antibakterial terapiya aparılır. Uşaqlıq yolunun atreziyası aradan qaldırıldıqdan sonra qadınlara ginekoloq müayinəsi və aktiv cinsi həyat məsləhət görülür. Təkrar atreziyanın yaranma təhlükəsi olduqda vaxtaşırı olaraq uşaqlıq yolunun bujlanması (kolpoelonqasiya) aparılır.

Uşaqlıq yolunun atreziyasının profilaktikası

Uşaqlığın birincili atreziyasının profilaktik tədbirlərinə hamiləliyin düzgün planaşdırılması və aparılması, embriogenezə neqativ təsir edən əlverişsiz amillərin aradan qaldırılması aiddir.

Kolpitlərin vaxtinda aşkar olunması və müalicəsi, ginekoloji müdaxilələrin ehtiyatla aparılması (o cümlədən hamiləliyin dayandırılması), tez-tez aparılan şırınqalamalardan imtina, doğuş prosesinin travmasız başa çatdırılması uşaqlığın ikincili atreziyasının qarşısını almağa kömək edir. Keçirilmiş uşaq infeksiyalarından sonra qızları ginekoloq müayinəsinə aparmaq məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: