Uşaqlıq yolunun xoşxassəli şişləri

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 6602

uşaqlıq yolunun xoşxassəli şişlərinin səbəbləriUşaqlıq yolunun xoşxasəli şişləri – vaginal borucuğun birləşdirici toxuma, epitel qatı, damarlardan inkişaf edən əlavə törəmələridir. Əksər hallarda uşaqlıq yolunun xoşxassəli şişlərinin gedişi simptomsuz olur; şişin ölçüləri böyüdükcə yad cisim hissi, cinsi əlaqə zamanı diskomfort, defekasiya və sidik ifrazının pozulması müşahidə olunur. Diaqnoz ginekoloji baxış, kolposkopiya, transvaginal USM vasitəsilə qoyulur. Uşaqlıq yolunun xoşxassəli şişləri cərrahi yolla xaric edilir.

  • Uşaqlıq yolunun xoşxassəli şişləri: əlamətləri, diaqnostikası, müalicəsi
  • Uşaqlıq yolunun xoşxassəli şişlərinin proqnozu

Uşaqlıq yolunun xoşxassəli şişləri barədə ümumi məlumat

Klinik ginekologiyada uşaqlıq yolunun xoşxassəli şişlərindən kista, fibroma, mioma, lipoma, papilloma, hemangiomaya rast gəlinir. Uşaqlıq yolunun xoşxassəli şişlərinin mənşəyi polietiolojidir; onların inkişafında neyroendokrin tənzimin pozulmaları, virusların təsiri, resdivləşən kolpitlərin rolu ehtimal olunur.  Uşaqlıq yolunun xoşxassəli şişləri adətən 20-50 yaş arası xəstələrdə aşkarlanır. Cərrahi üsulun vacibliyi şişlərin irinləməsi, nekrozu, nadir hallarda isə maliqnizasiyası ilə əlaqədardır.

Uşaqlıq yolunun xoşxassəli şişləri: əlamətləri, diaqnostikası, müalicəsi

Uşaqlıq yolunun fibroması, mioması, lipoması

Uşaqlıq yolunun xoşxassəli şişlərinin müalicəsiUşaqlıq yolunun həqiqi xoşxassəli şişlərinə fibroma, mioma, fibromioma, lipoma aiddir. Uşaqlıq yolunun xoşxassəli şişlərinin inkişafının əsasını birləşdirici (fibroma), saya əzələ (mioma), az hallarda isə pis toxumasının (lipoma) proliferasiyası təşkil edir. Həqiqi şişlər uşaqlıq yolu divarının selikli qişasının altında yerləşir; enli əsaslı və ya uzun ayaqcıqlı tək saylı düyün şəklində olur; az hallarda çoxsaylı düyünlərdən ibarət olur.

Uşaqlıq yolu şişləri klinik olaraq dartıcı xarakterli və ya təmas zamanı yaranan ağrılar, yad cisim hissi, cinsi əlaqə zamanı diskomfort hissi, defekasiya və sidik ifrazının pozulması ilə təzahür edir. Ayaqcığın burulması və ya vaginal şişin toxumasına qansızma nekrozlaşma, iltihablaşma və ya irinləmə ilə müşayiət oluna bilər. Nadir hallarda uşaqlıq yolunun xoşxassəli şişlərinin maliznizasiyası müşahidə olunur.

Həqiqi vaginal şişlər ginekoloji baxış zamanı aşkarlanır. Bimanual müayinədə uşaqlıq yolunun divarı ilə əlaqəli, dəqiq sərhədləri olan, bərk konsistensiyalı, məhdud hərəkətli şiş palpasiya edilir. Vaginal güzgülərin köməyilə aparılan müayinədə uşaqlıq yolunun ön divarında, dəyişilməyən selikli qişanın altında enli əsaslı və ya ayaqcığı olan düyün müəyyən edilir. Uşaqlıq yolunun həqiqi düyünlərinin böyüklüyü toyuq yumurtasının ölçülərinə çata bilir. Transvaginal USM prosesində uşaqlığın fibromiomasına analoji olaraq, vaginal şişlərin solid strukturu, orta və ya azalmış exogenlik izlənilir.

Uşaqlıq yolunun simptomsuz şişləri dinamik müşahidə altına alınır. Aktiv böyümə və kliniki simptomatika zamanı vaginal şişlər cərrahi üsulla çıxarılır: onların selikaltı qatdan soyulması və ya ayaqcığının kəsilməsi icra edilir. Əksər hallarda əməliyyat vaginal yolla aparılır; uşaqlıq yolunun dərin yerləşmiş şişləri transabdominal yolla xaric edilir. Vaginal şişlərin morfoloji formaları preparatın histoloji müayinəsi prosesində təyin olunur.

Uşaqlıq yolunun papillomaları (kondilomaları)

Uşaqlıq yolunun xoşxassəli şişlərinin əlamətləriPapillomalar (kondilomalar)– xarici epitel qatın şişi olub, uşaqlıq yolunun selikli qişasında məməyəbənzər törəmələr şəklində olur. Papilloma ümumi papillomavirus infeksiyasının təzahürü sayılır. Ekzofit yolla böyüyür, nazik ayaqcıq və ya enli əsasa malik olur. Papillomalar uşaqlıq yolunda qaşınma, göynəmə, zədələnmələr zamanı qanaxma, patoloji ifrazatla müşahidə olunur.  Uşaqlıq yolunun papillomatoz şişləri bir sira hallarda dağılır və ya maliqnizasiyaya uğrayır.

Papillomların diaqnostikası yaxmanın sitoloji müayinəsi, kolposkopiyanın aparılması, vaginal şişin biopsiyası və histoloji müayinəsi, PZR- diaqnostika vasitəsilə İPV-nin onkogen və qeyri-onkogen ştammlarının təyinindən ibarətdir.

Uşaqlıq yolunun papillomalarının kənarlaşdırılması vacibdir, bu proses medikamentoz yolla, maye azot, lazer, elektrokoaqulyasiya, plazma koaqulyasiyası, cərrah bıçağı, radiodalğa üsulu ilə icra edilir. Papillomalar kənarlaşdırıldıqdan sonra immunomoduləedici terapiya təyin olunur.

Uşaqlıq yolunun hemangioması

Hemangioma – uşaqlıq yolunun yumşaq konsistensiyalı xoş xassəli damar şişidir. Quruluşuna görə kapilyar və kavernoz hemangiomalar ayırd edilir. Hemangiomalar selikli qişada yaranaraq, servikla kanal və uşaqlıq boşluğuna yayıla bilir. Bəzi hallarda onların xoralaşması və nekrozu müşahidə olunur.

Uşaqlıq yolunun hemangiomaları adətən zədələnmə zamanı qanaxmalarla özünü büruzə verir. Uşaqlığın damar şişinin daxili cinsiyyət orqanlarına yayılması zamanı hiperpolimenoreyanın klinikası izlənilir.

Ginekoloji baxış zamanı uşaqlıq yolunun hemangioması selikli qişa üzərində qırmızı, bənövşəyi və ya göyümtül ləkə şəklində izlənilir. Selikli qişanın yerli şişkinliyi, xarici epitel qatının kövşəkliyi, büküşlərin kobudlaşması aşkar edilir. Kolposkopiyada çoxsaylı anastomoz şaxələr, bəzi sahələrdə varikoz damarlar qeyd edilir.

Proqressivləşməyən, xəralaşmayan, ovarial-aybaşı siklini pozmayan vaginal damar şişləri müşahidə altına alınır. Uşaqlıq yolunun proqressivləşən hemangiomaları cərrahi, krioterapiya, elektrokoaqulyasiya, skleroterapiya yolu ilə kənarlaşdırılır.

Uşaqlıq yolunun xoşxassəli şişlərinin proqnozu

Uşaqlıq yolunun xoşxassəli şişlərinin maliqnizasiya hallarının çox az olmasına baxmayaraq, onlara qarşı optimal taktika şişlərin sağlam toxuma sərhədlərində radikal kəsilməsidir. Vaginal şişlərin kənarlaşdırılmasından sonra residivlərə nadir hallarda rast gəlinir.

Uşaqlıq yolunun şişləri hamiləliyin gedişini ağırlaşdıran amil sayılır. Vaginal şişlər təbii doğuşa mane olur, diskoordinasiyalı doğuş fəaliyyətinə, qanaxmalara səbəb ola bilir. Uşaqlıq yolunun xoşxassəli şişləri olan qadınlarda hamiləliyin aparılması zamanı törəmənin vəziyyəti dinamik izlənilməli, əvvəlcədən müvafiq doğuş üsulu təyin olunmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: