Yeniyetmələrdə hamiləlik

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 2070

yeniyetmələrdə hamiləlik necə keçir?Yeniyetmələrdə hamiləlik — həddi-buluğa çatmamış qızlarda-yeniyetmələrdə inkişaf edən embrionun və dölün daşınmasıdır. Klinik olaraq, böyüklərdə hestasiya zamanı müşahidə olunan əlamətlərlə: növbəti aybaşının olmaması, səbəbsiz ürəkbulanma və qusma, dad seçimlərində dəyişiklik, süd vəzilərinin kobudlaşması, areola və gilələrin hiperpiqmentasiyası, çəki artımı, qarın dairəsinin böyüməsi ilə təzahür edir. Diaqnozun qoyulmasında ginekoloji baxış, hamiləlik testi, uşaqlığın USM-nin nəticələrindən istifadə olunur. Yeniyetmə hamiləliyi davam etdirməyə qərar verdikdə aparılma taktikası ağırlaşmaların vaxtında aşkar olunması və korreksiyasına, optimal doğuş üsulunun seçilməsinə yönəldilir.

  • Yeniyetmələrdə hamiləliyin səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Yeniyetmələrdə hamiləliyin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Yeniyetmələrdə hamiləliyin aparılması
  • Proqnoz və profilaktika

Yeniyetmələrdə hamiləlik barədə ümumi məlumat

Yeniyetmələrdə hamiləlik — təkcə tibbi deyil, həm də sosial problem sayılır. İnkişaf etmiş ölkələrdə onun yayılma tezliyi 12:1000 təşkil edir. ÜST-nin məlumatlarına əsasən hər il 15-19 yaş arası 16 milyon qız ana olur, onların 95%-i aşağı və orta gəlirli əhalisi olan ölkələrdə aşkarlanır. Yeniyetmələrdə hamiləliyin səviyyəsinə milli və dini adətlər öz təsirini göstərir – belə hallara islam ölkələrində az rast gəlinir. Statistikaya görə qızların 30%-də hamiləliyin süni yolla pozulması, 14%-də özbaşına düşüklər, 56%-də doğuşlar qeyd olunur. Yeniyetmələrin 2/3 nigahdan xaric uşaq dünyaya gətirir.

Yeniyetmələrdə hamiləliyin səbəbləri

Yeniyetmələrdə hamiləliyin səbəbləriQızlarda yumurtahüceyrənin mayalanması üçün fizioloji imkanlar ilk aybaşı (menarxe) başlandıqdan sonra yaranır. Lakin erkən hamiləliyin real səbəbləri bioloji deyil, sosial aspektlərlə bağlıdır. Provokasiyaedici amillər müxtəlif ölkələrdə fərqli olur, əsasən ekonomik inkişaf, təhsil və tibbi yardımın təşkili, yerli norma və adətlərə görə müəyyən edilir. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin fikrincə yeniyetmə dövründə hamiləliyin yaranmasına aşağıdakı amillər təsir edir:

  • Cinsi tərbiyə və maarifləndirmənin kifayət qədər olmaması. Yeniyetmələrin əksəriyyəti qorunmamış cinsi əlaqə, kontrasepsiyanın vacibliyi və qaydaları barədə geniş biliklərə malik olmur. Bu da məktəblərdə cinsi tərbiyə proqramının olmaması, valideynlərin bu mövzuya neqativ yanaşması və ya onların asosial həyat tərzi ilə əlaqədardır.
  • Cinsi azadlıq. 10 qızdan 9-u ilk cinsi təcrübəni 20 yaşa kimi qazanır. Buna zəif spirtli içkilər, narkotik vasitələr, pornoqrafik materiallara səbəb olur. Tədqiqatların nəticələrinə əsasən seksial səhnələin olduğu televerilişlər və filmlərə baxan yeniyetmələrdə erkən hamiləliyin riski 2 dəfə artır.
  • Kontrasepsiyaya qarşı mənfi fikirlər. Cəmiyyətdə baryer kontraseptivlərin cinsi həzzi azaltması və münasibətlərin romantizminə təsiri barədə stereotip hələ də saxlanılmaqdadır. Bununla əlaqədar bəzi qızlar cinsi partnyoru itirmək qorxusundan prezervativlərlə qorunma ideyasını təklif edə bilmirlər.
  • Cinsi təzavüz. 15 yaşına çatmayan hamilə yeniyetmələrin təxminən 15%-i ilk cinsi münasibətin məcburi xarakter daşıdığını xəbər verir. Adətən cinsi təcavüz qızın qeyri-qənaətbəxş sosial mühitdə olması, bəzən isə cinsi partnyorun təhdidləri ilə bağlı olur.
  • Aşağı sosial-ekonomik durum. Bu səbəb aşağı gəlirli əhalisi olan ölkələri üçün xarakterikdir. Uşağın doğulması zamanı verilən maddi vəsait və müəyyən yaş dövrünə qədər ayrılan sosial yardım yeniyetmələrin bir qismi üçün bəzən yeganə gəlir mənbəyi olur.

Yeniyetmələrdə hamiləliyin patogenezi

Ümumilikdə yeniyetmələrdə hamiləliyin inkişaf mexanizmi digər qadınlarda eyni olsa  da, hestasiya və doğuş prosesinə təsir edən bir sıra xüsusiyyətlərə malikdir. Bu özəlliklər ilk növbədə cinsiyyət orqanları və endokrin tənzim sisteminin funksional çatışmazlığı ilə əlaqədardır. Yeniyetmə dövründə əksər hallarda hamiləlik ağırlaşmaları qeyd olunur, doğuş zamanı travmatizm riski artır. Yeniyetmələrdə hestasiyanın başlanması cinsi və somatik yetişkənliyi gücləndirir- çanağın ölçüləri 16-18 yaşlı qızlara xas ölçülərə çatır, bu da bağ aparatının kifayət qədər hidrofilliyi və elastikliyi ilə birlikdə çanaq həlqəsi genişləndirir.

Yeniyetmələrdə hamiləliyin təsnifatı

İnkişafın proqnozlaşdırılması və optimal aparılma taktikasının seçilməsi məqsədilə yeniyetmələrdə hamiləlik tibbi, fizioloji və sosial amillər nəzərə alınmaqla sistemləşdirilir. Bu tip təsnifat hestasiya dövrünün risklərini aşkar etməyə, ehtimal olunan ağırlaşmaların qarşısını almağa və optimal doğuş üsulunu seçməyə imkan verir. Yeniyetmələrdə hamiləliyin sistemləşdirilməsinin əsas kriteriyalarına aşağıdakılar aiddir:

  • Aybaşı yaşı (AY). Hamilə yeniyetmələr menarxenin başlanma tarixinə əsasən aybaşı yaşı 1 ilə qədər, 2 il, 3 il və daha çox olan qruplara bölünür. AY nə qədər aşağı olarsa, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrün patoloji gediş ehtimalı bir o qədər yüksək olur.
  • Hamilənin yaşı. Sürətli cinsi inkişafa malik 9 yaşına qədər qızlar «ilk dəfə doğan çox gənc», 9-15 yaşlarda natamam cinsi yetişkənlikli qızlar— «ilk dəfə doğan gənc», 15-18 yaşlarda isə — reproduktiv funksiyanın realizasiyasına hazır olan yeniyetmə adlandırılır. .
  • Sağlamlıq vəziyyəti. Yanaşı gedən patologiyadan asılı olaraq, sağlam; ekstagenital xəstəliklərdən əziyyət çəkən; hestasiya dövrünün ağırlaşmalarının rast gəlindiyi yeniyetmələr qeyd olunur.
  • Hamiləliyin baş vermə şəraiti. Arzuolunan hamiləlik və tam ailəyə, arzuolunmaz hamiləlik və natamam ailəyə malik və cinsi təcavüz nəticəsində hamilə qalan yeniyetmələr ayırd edilir.

Yeniyetmələrdə hamiləliyin əlamətləri

Yeniyetmələrdə hamiləliyin əlamətləriHestasiyanın baş tutmasının əsas əlaməti növbəti aybaşının izlənilməməsidir. Lakin aybaşı sikli tam formalaşmayan qızlarda buna əhəmiyyət verilməyə bilər. Səbəbsiz ürəkbulanma və qusma, dad seçimlərində dəyişiklik, süd vəzilərinin kobudlaşması, areolyar sahənin ağrılı olması hamiləliyə dəlalət edir. Uşaqlığın ölçüləri artdıqca sidik ifrazı tezləşir, çəki artımı və qarın dairəsinin böyüməsi müşahidə edilir. Yeniyetmə dövründə baş verən hamiləliklər üçün emosional labillik, ağlağanlıq, isterik hallar xarakterikdir. Çox zaman qızlar yuxululuq, ümumi halsızlıq və yorğunluqdan şikayət edir.

Yeniyetmələrdə hamiləliyin ağırlaşmaları

Hamiləlik və doğuş yetkin olmayan yeniyetmə orqanizminə öz təsirini göstərir. Son illər ərzində qızların somatik və reproduktiv sağlamlığının əhəmiyyətli dərəcədə pisləşməsi qeyd olunur – 75-86% yeniyetmələr xroniki somatik xəstəliklərdən, 10-15% isə fertillik qabiliyyətinə təsir edən genital patologiyalardan əziyyət çəkir. Nəticədə yeniyetmə hamiləliyi əksər hallarda ağırlaşmış gedişə malik olur. Həddi-buluğa çatmayan hamilələrdə terapevtik rezistent anemiyalara 3 dəfə çox rast gəlinir. Hər 2-ci qızda orta ağır və ağır gedişli hestoz yaranır. Yanaşı gedən genital infeksiyalarla əlaqədar yeniyetmələrdə uşaqlıqdan kənar hamiləlik riski yüksək olur.

Aybaşı yaşı 1-2 il olan yeniyetmələrdə adətən hipoksiya, antenatal distress və dölün inkişafının ləngiməsi ilə müşahidə olunan fetoplasentar çatışmazlıq formalaşır. Fetoplasentar sistem tərəfindən streoidlərin az ifraz olunması doğuş gücünün anomaliyalarına gətirib çıxarır. Bundan əlavə yeniyetmələrdə özbaşına düşük, vaxtından əvvəl doğuş təhlükəsi yüksək olur. Hipoqlobulinemiya və faqosit ehtiyatının azlığı immun çatışmazlığa səbəb olur, bu da hestasiya və doğuşdan sonrakı dövrdə infeksion-iltihabi proseslərin tezləşməsi ilə təzahür edir.

Doğuşun gedişi yeniyetmənin aybaşı yaşından birbaşa asılıdır. Aybaşı yaşı 1-2 il olan yeniyetmələrin 50-66%-də çanağın anatomik və ya funksional daralması müşahidə edilir, əksər hallarda çanaq gəlişi baş verir, doğuşlar preliminar dövrdə qeyri-müntəzəm spastik sancılar, güclü doğuş fəaliyyəti, doğuş gücünün birincili zəifliyi, yumşaq toxumaların travmatizasiyası, doğuşdan sonra qanaxmalarla ağırlaşır. 3 illik aybaşı yaşı olan qızların çox hissəsində doğuş sürətli gedir, doğuş fəaliyyətinin birincili zəifliyi və ya diskoordinasiyası, doğuş yollarının, xüsusən aralıq və uşaqlıq boynunun  cırılmaları izlənilir. Doğuşdan sonra yeniyetmə zahılarda endometrit, uşaqlığın subinvolyusiyası, hipoqalaktiyaaqalaktiyaya 2 dəfə çox rast gəlinir.

Yeniyetmələrdə hamiləliyin diaqnostikası

Yeniyetmələrdə hamiləlik gec aşkar olunur, bu da 35-55% qızların hamiləlik faktlndan xəbərsiz olması və ya onu gizlətməsi ilə bağlıdır. Əksər hallarda yeniyetmələr mama-ginekoloqa hamiləliyin gec dövrlərində müraciət edir, 8-11% qızlar isə ümumiyyətlə qeydiyyata düşmur. Diaqnostikanın «qızıl» standartı böyüklərdə olduğu kimi ehtimal edilən, mümkün və gerçək əlamətlərin aşkarlanmasına əsaslanır. Aybaşı ləngiməsi zamanı yeniyetmələrdə hamiləliyi təsdiq etmək üçün aşağıdakı müayinələr aparılır:

  • Ginekoloji kresloda müayinə. Bimanual palpasiyada uşaqlığın böyüməsi, uşaqlıq boğazının yumşalması, uşaqlıq boynunun hərəkətliliyinin artması müəyyən edilir. Vaginal güzgülərin köməyilə aparılan müayinədə genital infeksiyanın əlamətləri (uşaqlıq yolunun selikli qişasının iltihabı, servikal kanaldan ifrazat) aşkarlanır.
  • Hamiləlik testi. Laborator diaqnostika sidikdə xorionik qonadotropinin (mayalanmış yumurtahüceyrənin uşaqlıqda implamtasiya olunduğu andan sekresiya olunan xüsusi hormon) təyininə əsaslanır.
  • Uşaqlığın USM. Sonoqrafik müayinə hamiləlik faktını tədiqləyən ən məhşur və sadə üsul sayılır. USM vasitəsilə uşaqlıq boşluğunda döl, cift, qişalar müəyən edilir. Müntəzəm skrininq hestasiyanın dinamik müşahidə olunmasına, fetometriya isə dölün inkişafını qiymətləndirməyə imkan verir.

Cinsiyyət orqanlarının ehtimal olunan infeksion-iltihabi patologiyalarını aşkar etmək üçün uşaqlıq yolundan götürülən yaxmanın mikroskopiyası, bakterial əkilmə, TORCH-kompleks, İFR, İFA, PZR-diaqnostika icra olunur. Gələcəkdə fetoplasentar çatışmazlıq əlamətlərinin erkən aşkarlanması üçün KTQ məsləhət görülür. Qarın boşluğu və kiçik çanağın neoplaziyaları, uşaqlığın inkişaf qüsurları, hipotalamo-hipofizar pozğunluqlar, birincili ovarial çatışmazlıq, şəkərli diabet, qalxanabənzər vəzinin hipo- və hiperfunksiyası zamanı metabolik-endokrin pozğunluqlar, amenoreya ilə müşayiət olunan digər xəstəliklərlə differensiasiya edilir. Göstərişlərə əsasən xəstə yeniyetmə həkimi-pediatr, endokrinoloq, infeksionist, dermatoloq, nevropatoloq, neyrocərrah, psixoloq, psixiatr tərəfindən müayinə olunur.

Yeniyetmələrdə hamiləliyin aparılması

Hestasiya aşkar edildikdən sonra yeniyetmə, onun qohumları və həkim tərəfindən hamiləliyin məqsədəuyğunluğu, onun aparılma taktikası və optimal doğuş yolu müəyyən edilməlidir. Bütün mümkün amillər və hamilənin fikri nəzərə alınmaqla problem aşağıdakı yollarla həll olunur:

  • Hamiləliyin süni yolla pozulması. Yeniyetmə və onun yaxınlarına başa salmaq lazımdır ki, keçid dövründə aparılan medikamentoz və ya cərrahi abort əksər hallarda uşaqlığın travmatik zədələnmələri, reproduktiv orqanların iltihabı və ovarial siklin pozulması ilə ağırlaşır. Gələcəkdə belə xəstələrdə düşük, sonsuzluq ehtimalı yüksək olur. Yeniyetmə hamiləliyin pozulmasını təkid edirsə, müdaxilə erkən vaxtlarda aparılmalıdır.
  • Hamiləliyin davam etdirilməsi və təbii doğuşla başa çatdırılması. İlk dəfə hamilə qalan gənc qızların aparılma taktikası standart protokollardan əhəmiyyətli dərəcədə fərqlənmir və yaranan ağırlaşmaların vaxtında korreksiyasına yönəldilir. 90% hallarda yeniyetmə hamiləliyi təbii doğuşla sonlanır. Hətta anatomik dar çanaq zamanı dölün başı ilə ananın çanağının klinik uyğunsuzluğu yalnız 10% hallarda müşahidə edilir, bu da vaxtından qabaq doğuş halları ilə əlaqədardır.
  • Hamiləliyin davam etdirilməsi və Qeysəriyyə əməliyyatı. Əməliyyat haqqında qərar hər bir halda individual şəkildə qəbul olunur. Hamilənin az yaşlı olması cərrahi müdaxiləyə əks-göstəriş sayılmir. Qeysəriyyə əməliyyatına olan göstərişlər yetkin qadınlarda olduğu kimidir. Qeysəriyyə əməliyyatı doğuş fəaliyyətinin konservativ terapiyaya rezistent anomaliyaları, kliniki dar çanaq, dölün intranatal hipoksiyasının əlamətləri aşkar olunduqda icra edilir.

Hamiləliyin aparılması zamanı hamiləliyin tibb aspektləri ilə yanaşı, yeniyetmənin qidalanmasına, zərərli  vərdişlərin (siqaret, spirtli içkilər, narkotik vasitələrədən istifdə) istisna edilməsinə, doğuşa psixoprofilaktik hazırlığa xüsusi diqqət yetirilir. Doğuş prosesində ağırlaşmaların yaranma riskinin yüksək olması ilə əlaqədar yeniyetmə hestasiyanın 37-39-cu həftəsində ginekoloji stasionarda hospitalizasiya edilməlidir.

Yeniyetmələrdə hamiləliyin proqnoz və profilaktikası

Hamiləliyin düzgün aparılması və optimal doğuş üsulunun seçilməsi zamanı proqnoz qənaətbəxşdir. Böyüklərlə müqayisədə yeniyetmələrdə hestasiya müddəti qisa olur, orta hesabla 37,9 həftə şəşikil edir. Adekvat tibbi təqibin təmini ehtimal olunan ağırlaşmaların riskini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Profilkatik tədbirlər erkən cinsi həyatın qarşısının alınmasından, kontraseptivlərin istifadəsindən, məktəblilərin, xüsusən risk qrupuna daxil olan (asosial ailələrdə yaşayan, spirtli içkilər və narkotiklərdən istifadə edən) qızların maarifləndirilməsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: