Kiçik ölçülü sağrı
Kiçik ölçülü sağrı – sağrı əzələlərinin zəif inkişafı və piy toxumasının defisiti ilə əlaqədar formalaşır. Kiçik sağrı adətən arıq insanlarda müşahidə olunur. Bu nahiyə əksər hallarda yastı və asimmetrik olmaqla bədən quruluşunda disproporsionallıq yaradır. Kiçik ölçülü sağrı qadınlarla yanaşı kişilərdə də kompleks yaradır, onlar özlərini kifayət qədər cazibədar və seksual hiss etmir. Kiçik sağrını böyütmək üçün estetik cərrahiyyədə fərdi qaydada seçilmiş implantlarla endoprotezləmə və ya lipofilinqdən (fetqrafinq) istifadə olunur. Qlüteoplastikadan sonra sağrı nahiyəsi girdə forma alır və bədənin digər sahələrinə proporsional olur.
- Sağrı nahiyəsinin anatomik xarakteristikası
- Kiçik ölçülü sağrının həcm və formasının korreksiya üsulları
Kiçik sağrı barədə ümumi məlumat
Hazırkı dövrdə kiçik sağrı probleminin aktuallığı əksər insanların oturaq həyat tərzi keçirməsi ilə bağlıdır, belə hallarda sağrı əzələlərinin üzərinə daha az yük düşür. Həmçinin bu problemlə arıq insanlar da tez-tez üzləşir. Kiçik ölçülü sağrı bədən konturunun harmoniyasını pozmaqla insanlarda müəyyən gərginliklər yaradır.
Sağrı nahiyəsinin anatomik xarakteristikası
Sağrı əzələləri insan bədəninin əsas əzələlərindən sayılır. Onlar bədən konturunun formalaşmasında iştirak edir. Bundan əlavə sağrı əzələləri qamətə təsir göstərməklə bədənin vertikal vəziyyətini və hərəkətlərin yüngüllüyünü – yeriş, əyilmə, oturma və s. təmin edir.
Cazibədar sağrının əsas kriteriyaları – sağrının proyeksiyası, sağrı (sağrıaltı) büküşü, V-şəkilli sağrıarası büküş; sağrının xarici səthində çuxur (sağrının yan səthinin bud nahiyəsində içəri batması), bel-oma şöbəsində sağrıüstü çuxur; bel əyrisinin ifadəliliyi; elastik toxumalar və möhtəşəm dəri.
Sağrının proyeksiyası
Sağrı nahiyəsinin ən cazibədar görünüşü yan (ön-arxa) proyeksiyadır. Sağrının qabarıqlığı nahiyə üzrə harmonik paylanmalıdır. Maksimal proyeksiya (ən iri həcm) sağrının orta və ya yuxarı 2/3 hissəsində müşahidə edilməlidir. Sağrının bud nahiyəsinə keçidi kəskin olmamalıdır. Pasiyent ayaq üstə dayandıqda qasığın yuxarı kənarından xəyali olaraq keçirilən horizontal xətt sağrının maksimal proyeksiya nahiyəsi ilə üst-üstə düşməlidir.
Sağrı büküşü
Normada sağrı büküşünə rast gəlinmir və ya o, qısa olaraq, yalnız budun mərkəzinə qədər uzanır. Arıq bədən quruluşuna malik yeniyetmələrdə sağrı büküşü adətən nəzərə çarpmır. Uzun və ifadəli büküş sağrı nahiyəsinin ptozuna dəlalət edir.
Sağrının xarici səthində çuxur
Sağrının xarici səthindəki çuxur kişilər üçün yolverilən olsa da qadınlarda bu nahiyənin görünüşümü poz bilər. Yan tərəflərdə çuxurlar dərin olduqda sağrının iki hissəyə bölünməsi təəssüratı yaranır. Bu qüsur sağrının xarici səthinə nahamar görünüş verir.
Toxumaların elastikliyi
Sağrının əsas hissəsini kişilərdə əzələlər, qadınlarda isə dərialtı piy qatı təşkil edir. Piy toxuması sağrı nahiyəsinin elastiklik və dözümlülüyünü təmin edən sərt birləşdirici toxuma ilə zəngindir. Arıq insanlarda dərialtı piy qatı nazik və nisbətən zəif olduğundan sağrının sallanmasına (ptoz) meyllik yaranır. Buna həmçinin boşalmış və qeyri-elastik dəri səbəb ola bilər.
Kiçik ölçülü sağrının forma və həcminin korreksiya üsulları
Kiçik sağrının böyüdülmə əməliyyatı plastik cərrahiyyədə qlüteoplastika adlanır və əsasən estetik göstərişlər üzrə yerinə yetirilir. Plastika istənilən yaş dövründə icra oluna bilər.
Qlüteoplastikadan aşağıdakı məqsədlər üçün istifadə olunur:
- sağrı nahiyəsinin böyüdülməsi və ya bərpası (məsələn, sağrının kiçik ölçülü olması və ya kəskin arıqlamadan sonra)
- sağrı nahiyəsinin asimmetriyasını aradan qaldırmaq üçün (toxumaların birtərəfli atrofiyası və ya sağrının travmatik zədələnməsi zamanı)
- sağrı nahiyəsinin forma və konturunun yaxşılaşdırılması üçün (android formalı çanaqda).
Qlüteoplastika zamanı kiçik ölçülü sağrı endoprotezləmə ilə korreksiya olunur. Bu, ən effektiv və təhlükəsiz üsullardan sayılır. Əməliyyat zamanı həcmi böyüdən və möhtəşəm estetik effekt yaradan endoprotezlər – möhkəm, hermetik silikon implantlardan istifadə olunur. Sağrı əzələlərinin implantatları orqanizm toxumaları ilə biouyğunluq təşkil edir, onların üzərini örtən qişa ekoloji təmiz, kimyəvi inert material – silikon elastomerdən hazırlanmışdır. Sərtlik və fiziki xüsusiyyətlərinə görə implantlar əzələ toxumasından seçilmir. Daxilə doldurulan spesifik gel hesabına təbii yumşaqlıq və təhlükəsizliyi təmin edir. İmplantatlar ömürlük zəmanətə malik olub, intensiv yüklənmələr və xarici zədələnmələrə qarşı dözümlüdür, hətta xarici qişanın tamlığı pozulduqda gel miqrasiya etmir. İmplantatın teksturalı səthi fibrozun (sağrı toxumasının sərtləşmə və bərkiməsi) yaranma riskini azaldır.
İmplantatın anatomik forma və ölçüsü pasiyentin bədən quruluşu nəzərə alınmaqla həkim tərəfindən əvvəlcədən seçilir. Endoprotezlər yumru və oval formada olur. İmplantatlar yastı və kiçik sağrıya həcm verməklə bədənin bu hissəsinin formasını yaxşılaşdırır, ona cazibədar görünüş verir.
Sağrı nahiyəsinin böyüdülməsi əməliyyatı ümumi anesteziya altında aparılır və təxminən 2 saat davam edir. Qlüteoplastika əsasən sağrıarası büküşdə 1 ədəd kiçik kəsikdən (5-6sm) icra olunur, bunun sayəsində postoperasion çapıq demək olar ki, ətraf toxumalardan seçilmir. Silikon implantat böyük sağrı əzələsinin altında əvvəlcədən formalaşdırılmış cibə yerləşdirilir. İmplantatın yeri pasiyentin bədən quruluşuna əsasən müəyyənləşdirilir. Yara sahəsinə kosmetik tikiş qoyulur. Bəzən implantatlar sağrının yuxarı hissəsində piy toxumasının altına yeridilir. Əməliyyatdan sonra bir neçə gün ərzində cüzi diskomfort, ağrı yarana bilər. Reabilitasiya dövrünün davametmə müddəti 1,5 aydır (4-6 həftə). Bu müddət ərzində fiziki yüklənmə məhdudlaşdırılır, tullanmaq, bəzi idman hərəkətlərini yerinə yetirmək, eləcə də hamam və saunaya getmək qadağan olunur. Baxmayaraq ki, implantatın düzgün vəziyyəti sağrı əzələlərinin möhkəmliyi hesabına təmin olunur, pasiyentin 1,5-2 ay ərzində xüsusi kompression geyimdən istifadə etməsi mütləqdir. Bu geyim «yeni» sağrının formalaşmasına təsir edir. İmplantatlar oturma və yerimə zamanı narahatlıq törətmir, vizual olaraq nəzərə çarpmır. Qlüteoplastikadan sonra sağrı nahiyəsində əzələdaxili inyeksiyaya icazə verilmir, iynə yalnız bud hissəyə vurula bilər.
Kiçik ölçülü sağrının böyüdülməsinin digər üsulu lipofilinqdir (fetqraftinq). Bu üsulun mahiyyəti pasiyentin piy hüceyrələrinin sağrı nahiyəsinə yeridilməsindən ibarətdir. Fetqraftinqlə ikili estetik effekt əldə etmək mümkündür: sağrı nahiyəsində – həcmin böyüdülməsi, artıq piy yığıntılarının toplandığı sahələrdə (qarın, yan hissələr) – həcmin kiçildilməsi.