Yuxarı göz qapağının sallanması
Yuxarı göz qapağının sallanması – həmin nahiyənin toxuma kompleksinin ptozudur. Bu kosmetik qüsur paraorbital zonanın yaşla bağlı dəyişiklikləri nəticəsində meydana çıxaraq, üzə yorğun və yaşlı ifadə verir. Yuxarı göz qapağının sallanması görmə sahəsinin daralması ilə müşayiət oluna bilər. Kosmetik qüsur yuxarı göz qapaqlarının plastikası ilə aradan qaldırılır. Əməliyyat zamanı dəri və piy toxumasının artıq hissəsi kəsilib götürülür. Yuxarı blefaroplastika aşağı göz qapaqlarının plastikası, alın və qaşların dartılması ilə birgə aparıla bilər. Əməliyyatdan əvvəl plastik cərrahla yanaşı, kosmetoloqun da konsultasiyası məqsədəuyğundur.
Yuxarı göz qapağının sallanması – bu nahiyənin kənarında gözətrafı piy və ya dəri toxumasının izafi miqdarda olması nəticəsində baş verən deformasiyadır. Kosmetik qüsur yuxarı göz qapağı nahiyəsində dərinin boşalması və yaxud bu zonada piy yırtıqları ilə əlaqədar yaranır. Bəzən göz qapağının sallanması qaşların enməsi ilə bağlı olur, belə hallarda dərinin artıq hissəsi görmə sahəsinin daralmasına gətirib çıxara bilər.
Yuxarı göz qapaqlarının sallanma problemi ilə demək olar ki, 30 yaşını ötən hər bir insan qarşılaşır. Yaşlanma əlamətləri gözətrafı zonanın dərisində üzün digər nahiyələrinə nisbətən daha tez formalaşır, bu da paraorbital zonanın dərisinin zərif və həssas olması ilə əlaqədardır. Qırışlar, gözətrafı torbacıqlar, yuxarı göz qapağının sallanması üzə qeyri-sağlam və yorğun ifadə verir.
Yuxarı göz qapağının sallanması onu yuxarı qaldıran əzələləri birləşdirən dəri-əzələ bağlarının zəifləməsi ilə əlaqədardır. Bu nahiyənin dərisi elastikliyini itirərək, dartılır və sallanır. Yuxarı göz qapağının bağ-əzələ aparatının zəifləməsi gözətrafı toxumanın dəri altından qabarmasına – piy yırtıqlarının formalaşmasına səbəb olur. Qaşlar, alın dərisi və gicgah nahiyəsinin toxumalarının enməsi ilə vəziyyət daha da ağırlaşır.
Yuxarı göz qapaqlarının sallanma probleminin aradan qaldırılma üsulları
Yuxarı göz qapaqlarının sallanmasını aradan qaldırmaq üçün yuxarı blefaroplastikadan istifadə olunur. Bu üsulun mahiyyəti yuxarı göz qapaqları nahiyəsində artıq dəri, əzələ və piy yığıntılarının kəsilməsindən ibarətdir.
Alın nahiyəsinin ptozu və yuxarı göz qapaqlarının sallanması səbəbindən blefaroplastika ilk dəfə 1901-ci ildə plastik cərrah Hollander tərəfindən həyata keçirilir.
Bir sıra hallarda göz qapağının sallanması zamanı periorbital nahiyənin əzələlərinin plastikası göstəriş hesab olunur. Blefaroplastika yuxarı göz qapağının büküşündə aparılan kəsikdən icra edilir. Bu nahiyənin dərisinin quruluş xüsusiyyətləri (nazikliyi, büküşlü olması, qanla yaxşı təhciz olunması) əməliyyat yarasının qısa zaman ərzində iz qoymadan sağalmasına səbəb olur.
Yuxarı göz qapaqlarının sallanmasına gətirıb çıxaran artıq dəri və əzələ toxuması, eləcə də həmin nahiyənin tağını hamarlaşdıran piy yırtıqlarının olması əməliyyata göstəriş sayılır.
Alın, qaş və yuxarı göz qapaqlarında yaşla əlaqədar deformasiyalar müşahidə edildikdə blefaroplastika ilə bu zonaların liftinqinin birgə aparılması daha effektivdir.
Yuxarı göz qapağının yaşla bağlı dəyişiklikləri gicgah nahiyəsinin toxumalarının enməsi ilə müşayiət olunduqda blefaroplastika ilə gicgah zonasının endoskopik dartılmasının müştərəkliyi arzuolunan nəticəni əldə etməyə imkan verir. Əməliyyatın nəticəsi olaraq, göz dərisi cavanlaşır, qaşların xarici hissəsi ilə gözün xarici bucağı yuxarıya doğru qalxır.
Göz qapağının yaşla bağlı ifadəli dəyişiklikləri və çoxsaylı kiçik qırışlar blefaroplastika ilə yanaşı dərinin lazerlə cilalanması və ya kimyəvi pilinqin aparılmasını tələb edir.
Digər cavanlaşdırıcı prosedurlar və əməliyyatlarla müşayiət edilməyən izoləolunmuş blefaroplastika ambulator şəraitdə yerli anesteziya ilə aparılır. Bu zaman pasiyent heç bir ağrı hiss etmir. Lkain emosional və həssas insanlarda ümumi narkoz tətbiq oluna bilər.
Əməliyyatdan sonra yüngül ağrı hissi ola bilər. 4-5 gün ərzində yuxarı göz qapaqlarında ifadəli ödem müşahidə olunur. Şişkinlik tədricən azalaraq, 2-3 həftədən sonra keçib gedir. Hematomalar 10-16 gün müddətində sorulur. Postoperasion çapıq 1-2 aydan sonra zəif nəzərə çarpır. 6 aydan sonra çapıq tamamən sağalır və hamarlaşır.
Reabilitasion fizioterapevtik və aparat prosedurları ödemlərin aradan qalxması və toxumaların sağalmasına səbəb olur. Kosmetik, az nəzərə çarpan çapıqların formalaşması məqsədilə plastik cərrah və ya həkim-kosmetoloqun təyinatı üzrə xüsusi məlhəm və kremlərdən istifadə oluna bilər.
Befaroplastikanın son nəticəsi barədə əməliyatdan yalnız 6 ay sonra fikir yürütmək olar.