Qol ağrısı

Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 22786

Qol ağrısı nədən baş verir?Qol ağrısı – yuxarı ətrafın müxtəlif hissələrində yaranan ağrı hissiyyatıdır. Bu əlamətə adətən travma, nevroloji sindrom, degenerativ və iltihabi proseslər səbəb olur. Bir sıra hallarda qol ağrısı əsas ağrının yayılmış variantı ola bilər. Belə vəziyyətlərə ürək-damar, tənəffüs və həzm sistemi xəstəliklərində rast gəlinir. Ağrının səbəbini üzə çıxarmaq üçün rentgenoloji, tomoqrafik və elektrofizioloji üsullardan istifadə edilir. Müalicə qismində konservativ terapiya aparılır: ətrafın immobilizasiyası, QSİƏP qəbulu, fizioterapiya. Bəzən travmatoloji əməliyyat tələb olunur.  

Qol ağrısı haqqında ümumi məlumat

Qol ağrısının müalicəsiYuxarı ətrafda gedən müxtəlif patoloji proseslər ağrı ilə müşayiət olunur. Qol ağrısı sızıltılı, deşici və yaxud yandırıcı xarakter daşıyır. Bəzi insanlarda ağrı yüngül, digərlərində isə dözülməz və üzücü formada olur. Ağrının xarakteri kimi yaranma səbəbi də müxtəlifdir. Qol ağrısı travmatik, nevrogen, degenerativ-distrofik, iltihab mənşəli ola bilər.

Ağrı ilə yanaşı adətən aktiv hərəkətlərin məhdudlaşması, ətrafın şişkinliyi, yerli iltihab əlamətləri müşahidə edilir. Stenokardiya, infarkt, mədə xorasıöd daşı xəstəliyində qol ağrısı ikincili formada olur. Yəni sinə və mədə nahiyəsində yaranan əsas ağrı qola yayılır.   

Etiologiya və xarakterdən savayı qol ağrısı lokalizasiyasına görə də ayırd edilir. Bu əlamət, fiziki müayinədən sonra ilkin diaqnozun qoyulmasına xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əl barmaqlarının kiçik oynaqları əsasən revmatoid artrit zamanı zədələnir. İri oynaqların (bazu, dirsək) ağrısı əksərən artrit, osteoartroz və ya oynaqətrafı yumşaq toxumaların xəstəliklərinə işarə edir. Çiyin və körpücük sümükləri isə sınmağa meylli olur.  

Ağrı ilə qarşılaşdıqda ona laqeyd yanaşıb, öz-özünə keçəcəyini düşünməyin. Həmçinin xalq təbabəti vasitələri, kompress və ağrıkəsici preparatlarla özbaşına bu narahatlığı aradan qaldırmağa çalışmayın. Yadda saxlayın ki, yalnız təcrübəli mütəxəssis (travmatoloq, revmatoloq, nevroloq) qolda əmələ gələn ağrının səbəbini aşkar edib, düzgün müalicə aparır.   

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: