Təngnəfəslik

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 1242

Təngnəfəslik nədən yaranır?Təngnəfəslik (dispnoe) — xarici tənəffüs funksiyasının pozulması olub, həm obyektiv simptomlarla, həm də hava çatışmazlığı hissi ilə müşayiət edilir. Ona tənəffüs və ürək-damar sistemlərinin patologiyalarında, habelə anemiya zamanı rast gəlinir. Təngnəfəslik MSS-nin üzvi zədələnmələri, nevrotik pozğunluqlar və maddələr mübadiləsinin pozulması ilə də bağlı ola bilər. Bu əlamətin səbəbini üzə çıxarmaq üçün spirometriya, rentgenoqrafiya, EKQ, USM və laborator analizlərdən istifadə edilir. Simptomatikanı zəiflətmək məqsədilə qeyri-medikamentoz üsullar tətbiq edilir, əsas xəstəliyin korreksiyası aparılır.  

  • Ümumi xarakteristika
  • İnkişaf mexanizmi
  • Təsnifatı
  • Təngnəfəsliyin səbəbləri
  • Diaqnostika
  • Müalicə

Təngnəfəslik haqqında ümumi məlumat

Təngnəfəslik nədir?Təngnəfəslik pasiyentlər tərəfindən hava çatışmazlığı hissi, döş qəfəsində sıxılma və tənəffüs hərəkətlərinin qeyri-effektivliyi ilə gedir. Dispnoe üçün bir sıra obyektiv əlamətlər: nəfəsalma-nəfəsvermənin ləngiməsi və yaxud tezləşməsi, burun-dodaq üçbucağının sianozu və ya avazıması, səsli nəfəsalma, boğulma xarakterikdir. Vəziyyəti yüngülləşdirmək üçün xəstələr çox vaxt məcburi vəziyyət alır: oturaq halda bədənlərini önə əyərək, qollarını dayaq kimi istifadə edirlər.  

Əksər hallarda təngnəfəslik fiziki yüklənmələrlə əlaqəli olur. Xəstəliyin ilkin mərhələlərində dispnoe yalnız həddindən artıq aktivlik nəticəsində meydana çıxır. Sonralar isə adi hərəkətlər də təngnəfəslik törədirlər. Tənəffüs pozğunluqlarından əlavə patoloji simptomatika: döş qəfəsində ağrı və diskomfort, baş ağrıları, başgicəllənmə, əmək qabiliyyətinin azalması mümkündür.  

Təngnəfəsliyin inkişaf mexanizmi

Təngnəfəsliyin müalicəsiTəngnəfəsliyin əsasında ali sinir strukturlarının iştirakı ilə gedən çoxsaylı mürəkkəb mexanizmlər dayanır. Bu səbəbdən onun bir neçə inkişaf nəzəriyyəsi mövcuddur. Əksər həkimlərin fikrincə tənəffüs tezliyinin və keyfiyyətinin pozulmasının əsas səbəbi qanda oksigen və karbon qazının miqdarının dəyişməsidir. Karbon qazının konsentrasiyası artdıqda pH azalır, nəticədə bulbar mərkəzlərə, arteriyaların periferik xemoreseptor zonalarına və uzunsov beyində yerləşən mərkəzi reseptorlara stimuləedici təsir göstərilir.  

Bu zaman müdafiə mexanizmləri işə düşür, beyin kötüyünün tənəffüs mərkəzi bronx-ağciyər sisteminə aktivləşdirici impulslar göndərir. Onunla əlaqədar tənəffüs tezləşir. Müxtəlif patoloji proseslər nəticəsində tənəffüs yollarının iyəbənzər sinir uclarından impulsların aktivləşməsi təngnəfəslik törədir. Bəzən tənəffüs mərkəzinin fəaliyyətinin sürətlənməsi isterik və yaxud nevrotik vəziyyətlərdə baş verir.  

Həmçinin təngnəfəsliyin orqanizmin daxili mühitinin temperaturu ilə əlaqəsi sübuta yetirilmişdir. Hipertermiya zamanı tənəffüs mərkəzinin həssas zonaları daha isti qanla yuyulduğundan onlar aktivləşir. Bədən temperaturunun enməsi isə əksinə, tənəffüs hərəkətlərini seyrəldir. 

Dispnoenin inkişafına əzələ yüklənməsinin həcmi və maddələr mübadiləsinin səviyyəsi də təsir göstərir. Əksər tədqiqatçılar hesab edirlər ki, bu mexanizmə 2 tip – ləng humoral və tezləşmiş nevrogen reaksiyalar səbəb olur.  

Hava çatışmazlığı və boğulma şəklində subyektiv hissiyyatlar əsasən uzunsov beyindən izafi oyanmanın limbik strukturlara və böyük yarımkürələrin qabıq maddəsinə yayılması ilə bağlıdır. Bu proses təngnəfəs insanlarda neqativ emosional reaksiyaların, yəni qorxu və həyəcanın yaranmasına gətirib çıxarır. 

Bəzən xoşagəlməz əlamətlər orqanizmin ventilyasiyaya tələbatı ilə tənəffüs aparatının funksional imkanları arasında uyğunsuzluq nəticəsində meydana çıxır.   

Təngnəfəsliyin təsnifatı

Bir çox xəstəliklər və patoloji vəziyyətlər təngnəfəslik ilə təzahür etdiyindən diaqnostika prosesini asanlaşdırmaq üçün dispnoenin növünü dəqiqləşdirmək lazımdır. Təngnəfəsliyin təsnifatı onun inkişaf mexanizminə, tənəffüs funksiyasının pozulma dərəcəsinə və nəfəsalma-nəfəsvermə fazalarının nisbətinə əsaslanır.  Dispnoenin fizioloji və patoloji formaları vardır. Fizioloji təngnəfəslikdə nəfəsalma və nəfəsvermə tezliyi fiziki yüklənməyə mütənasib formada dəyişir. Adətən təngnəfəslik tənəffüs fazalarına nəzərən təsnif edilir:  

  • İnspirator təngnəfəslik. Bu forma əsasən nəfəsalma fazasının çətinləşməsi ilə özünü büruzə verir. Ona diafraqma və plevranın xəstəliklərində, ürək çatışmazlığında, ağciyərlərin fibrozunda təsadüf olunut. Küylü tənəffüslə müşayiət olunan dispnoe traxeya və iri bronxların patologiyaları üçün xarakterikdir.  
  • Ekspirator təngnəfəslik. Adətən kiçik bronx və bronxiolların keçiriciliyinin pozulmasında müşahidə edilir. Bu hal bronxial astmaya xasdır. Nəfəsvermə anında təngnəfəslik həmçinin xroniki obstruktiv bronxit, pnevmoskleroz, emfizema səbəbindən ağciyər toxumasının elastikliyinin azalması zamanı yaranır.  
  • Qarışıq təngnəfəslik. Hər 2 fazada tənəffüs pozulması əksərən ağır formalı ürək çatışmazlığında, tənəffüs sisteminin proqressivləşən xəstəliklərində meydana çıxır. Dispnoenin bu növü qızdırma halları, tənəffüs mərkəzinin birbaşa qıcıqlanması ilə gedən MSS patologiyaları ilə əlaqəli ola bilər.  

Tənəffüs funksiyasının dəyişməsindən asılı olaraq, təngnəfəsliyin 3 forması ayırd edilir: taxipnoe — nəfəsalma tezliyinin 1 dəqiqədə 40-dan çox olması, bradipnoe — tənəffüs hərəkətlərinin 1 dəqiqədə 12-dən az olması, apnoe — tənəffüsün qəfil dayanması. 

İnkişaf mexanizminə görə təngnəfəslik 3 formaya bölünür: 

  • mərkəzi – uzunsov beyindəki tənəffüs mərkəzinin fəaliyyətinin üzvi və yaxud funksional pozğunluqlarında əmələ gəlir.
  • nevrogen – baş beyin qabığına tormozlayıcı təsirlərin zəifləməsi nəticəsində baş verir.
  • hemik – anemiya zamanı inkişaf edir.  

Tənfnəfəsliyin səbəbləri

Hava çatışmazlığının səbəbləri

Nəfəsalmanın çətinləşməsini ifadə edən subyektiv hissiyyatlar sağlam insanlarda intensiv yüklənmələrdən sonra, həmçinin hamiləlik dövründə müşahidə oluna bilər. Bu əlamətin patoloji səbəblərinə tənəffüs və orqanizmin digər sistemlərinin fəaliyyət pozğunluqları aiddir. Hava çatışmazlığı aşağıdakı xəstəliklər və vəziyyətlərlə bağlı olur:

  • Ağciyər xəstəlikləri: krupoz və interstisial pnevmoniya, vərəm, sklerotik proseslər və birincili amiloidoz  
  • Plevritlər: quru, eksudativ, hemorragik
  • Tənəffüs yollarının zədələnməsi: traxeya və bronxlarda yad cisim, torakal travma, ağciyər qanaxması  
  • Qırtlağın patologiyaları: larinqomalyasiya, neyropatik parez 
  • Şişlər: plevranın xərçəngi, bronxioalveolyar xərçəng, qalxanabənzər vəzin invaziv xərçəngi  
  • Kəskin vəziyyətlər: infarkt zamanı ürək astması, ürək qüsurları, ağciyər arteriyasının tromboemboliyası  
  • Nevrozlar: panik həmlələr, vegetativ damar distoniyası, kardionevroz.  

Nəfəsvermənin çətinləşmə səbəbləri

Qısa nəfəsalma və uzun nəfəsvermə aktı ilə gedən ekspirator təngnəfəslik adətən bronx-ağciyər sisteminin müxtəlif xəstəliklərinin əlaməti sayılır. Dispnoenin bu forması çox vaxt döş qəfəsində sıxılma hissi ilə müşayiət edilir. Nəfəsvermənin çətinləşməsi aşağıdakı patoloji vəziyyətlərlə əlaqəli olur:  

  • Bronxial astma: allergik, qarışıq, peşə fəaliyyəti ilə əlaqədar
  • Tənəffüs yollarının obstruktiv zədələnməsi: bronxitlər, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxoektaziya, traxeya və bronxların stenozu 
  • Ağciyər patologiyaları: pnevmoskleroz, emfizema, alfa 1-antitripsin fermentinin çatışmazlığı
  • Peşə xəstəlikləri: bissinoz, benzin mənşəli pnevmoniya   
  • Farmakoterapiyanın fəsadları: QSİƏP (xüsusən aspirin) qəbulu, sitratlarla zəngin plazma və yaxud qan infuziyaları  
  • Nadir səbəblər: Vilyams-Kempbel və Mendelson sidnromları, traxeyanın bifurkasiya nahiyəsinin şişləri.

Təngnəfəsliyin diaqnostikası

Pasiyentlər hava çatışmazlığı və yaxud nəfəsvermənin çətinləşməsi şikayəti ilə adətən pulmonoloqa müraciət edirlər. Diaqnostika prosesində bir sıra laborator və instrumental müayinələr aparılır:  

  • Xarici tənəffüsün qiymətləndirilməsi. Spirometriya – qeyri-invaziv müayinə olub, tənəffüs sisteminin fəaliyyətinin əsas göstəricilərini (ağciyərlərin həyat tutumu, ilk saniyədə forsirəolunmuş nəfəsvermənin həcmi) təyin etməyə imkan verir. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ilə astmanın differensiasiyası üçün bronxodilatasiya testi keçirilir.  
  • Rentgenoloji müayinə. Döş qəfəsi orqanlarının 2 proyeksiyada rentgenoqrafiyasının köməyilə təngnəfəslik törədən patoloji dəyişikliklər (diffuz skleroz, emfizema, həcmli törəmələr) aşkarlanır. Növbəti mərhələdə KT, MRT məsləhət görülür.  
  • Larinqoskopiya. Qırtlağın mənfəzinin daralmasını üzə çıxarmaq, yad cisimləri vizualizasiya etmək məqsədilə selikli qişalara xüsusi larinqoskopla baxılır. Heç bir zədələnmə əlamətlərinə rast gəlinmədikdə larinqoskopiya traxeobronxoskopiya ilə tamamlanır. Onun vasitəsilə bronxlar detallı şəkildə yoxlanılır. Ehtiyac olduqda sitomorfoloji müayinə üçün material götürülür.  
  • Elektrokardioqrafiya. Təngnəfəsliyin kardioloji səbəblərini inkar etmək üçün EKQ aparılır. Şübhəli hallarda ürək-damar sistemi geniş formatda müayinə edilir: fonokardioqrafiya, ürəyin USM və doppleroqrafiya təyin edilir.  
  • Laborator analizlər. Оценка показателей насыщенности крови кислородом и уровня углекислого газа необходима для определения степени дыхательных расстройств. В общем анализе крови могут отмечаться признаки воспалительных процессов (повышение СОЭ, лейкоцитоз). Также рекомендовано биохимическое исследование крови.

Təngnəfəsliyin etioloji faktorunu müəyyən etmək üçün allerqoloji sınaqlardan istifadə edilir. Genişləndirilmiş immunoqrammanın nəticələri də informativ hesab olunur.  Rentgenoqrammada şübhəli törəmələr aşkarlandıqda ağciyərin transbronxial biopsiyası göstərişdir.  

Təngnəfəslik zamanı müalicə

Diaqnoz qoyulana qədər yardım

Təngnəfəslik tutması kəskin başladıqda xəstəni sakitləşdirib, stula və ya yatağa oturtmaq lazımdır. Tənəffüsü asanlaşdırmaq üçün köynəyin yaxasını açmaq, kip geyimləri çıxarmaq məsləhətdir. Pəncərə və yaxud qapını açmaqla otağa təmiz havanın daxil olmasını təmin etmək gərəkdir. Bitki tərkibli sedativ dərmanların qəbuluna icazə verilir. Tənəffüsün çətinləşməsi tez-tez təkrarlandıqda, bu hal müəyyən bir xəstəliyin inkişafından və yaxud mövcud patologiyanın proqressivləşməsindən xəbər verir. Belə hallarda mütləq həkimə müraciət olunmalıdır.

Konservativ terapiya

Müalicə sxemi təngnəfəsliyin səbəbi nəzərə alınmaqla seçilir. Dispnoe ilə müşayiət olunan xroniki vəziyyətlərin terapiyasında həyat tərzinin korreksiyası (siqaretdən imtina, xüsusi idman hərəkətlərinin gündəlik yerinə yetirilməsi) mühüm yer tutur. Hipoksemiya zamanı oksigenoterapiya seansları aparılır. Təngnəfəslik zamanı aşağıdakı qrup preparatlarla etiotrop, patogenetik və simptomatik terapiya göstərişdir:

  • Bronxodilatatorlar. İnhalyator formasında qısa təsirli beta-adrenomimetiklər təngnəfəslik tutmalarını tez bir zamanda aradan qaldırır. Uzunmüddətli β2-aqonistlər, metilksantinlər bazis terapiya qismində istifadə edilir.  
  • Bəlğəmgətirici vasitələr. Bu dərmanlar xroniki bronxitlər və ağciyərərin xroniki obstruktiv xəstəliklərində effektivdir. Onlar bəlğəmin xaric olmasını stimulə edir, bronxların keçiriciliyini yaxşılaşdırırlar. Bəzi hallarda bəlğəmgətiricilər mukolitiklərlə kombinə edilir.  
  • Antibiotiklər. Mikrobəleyhinə vasitələr tənəffüs yollarının bakteriya mənşəli, kəskin və xroniki iltihabi xəstəliklərində təyin olunur. Antibakterial preparatı seçərkən bəlğəmin əkilməsinin nəticələri nəzərə alınır.   
  • Kardiotoniklər. Ürək xəstəliklərindən əziyyət çəkən insanlarda təngnəfəsliyi azaltmaq üçün ürək qlikozidləri qəbul edilir. Miokardın pred və post yüklənməsi periferik vazodilatatorlar və diuretiklərlə azaldılır.  
  • Kortikosteroidlər. Ağır dərəcəli tənəffüs pozğunluqlarında hormonal preparatların daimi qəbulu göstərişdir. Bronxial astmalı pasiyentlərdə qlükokortikoidlərin inhalyasion forması effektivdir.  
  • Sitostatiklər. Şiş əleyhinə preparatlarla kimyaterapiya kursları bronx və ağciyərlərin bədxassəli şişlərində məsləhət görülür. Medikamentoz müalicənin şüa terapiyası ilə kombinasiyası müalicənin effektivliyini artırır.  
Bu yazını paylaşın:
Yazını qiymətləndirin: