Aşılama

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1060

aşılama haqqındaAşılama – kişidən alınan spermanın xüsusi kateterlə qadının uşaqlığına yeridilmə üsuludur. Ona tibbdə “süni inseminasiya” da deyilir. Prosedur adətən aybaşı siklinin ortasında, yəni ovulyasiya vaxtına yaxın aparılır. Sperma yeridilməzdən əvvəl işlənilir. Bu, aşılamanın əsas şərtlərindən sayılır.   

Aşılamaya göstərişlər

  • seksual pozğunluqlar, qeyri-müntəzəm cinsi həyat, vaginizm;  
  • sperma analizinin qeyri-kafi göstəriciləri;  
  • sonsuzluğun boyun faktoru. Belə hallarda spermatozoidlər uşaqlıq boşluğuna keçə bilmir.                                        

Aşılamaya əks-göstərişlər

Aşılama üsulunun aparılma qaydası  

aşılama necə edilir?Pasiyent aybaşı siklinin 7-9-cu günlərində ginekoloqa müraciət edir. Qəbul əsnasında aşılama mövzusu müzakirə olunur. Kiçik çanaq orqanlarının USM edilir, növbəti gəlişin tarixi müəyyənləşdirilir. Qadında təbii yolla ovulyasiya baş vermirsə, yumurtalıqların fəaliyyəti stimulyasiya olunur. Bu məqsədlə süni mayalanma proqramına daxil olan preparatlardan istifadə edilir. Sadəcə onların dozası daha aşağı olur.  

Həmçinin USM vasitəsilə endometriumun (uşaqlığın daxili qatı) böyüməsi qiymətləndirilir. Onun qalınlığı az olduqda stimulyasiya üçün preparatlar tətbiq edilir.  

Mayalanma ehtimalını artırmaq üçün sperma adətən 2 dəfə yeridilir. Birinci – dominant follikul preovulyator ölçüyə çatdıqda, ikinci – 1-2 gün keçdikdə.

Ovulyasiya müddətinə kiçik çanaq orqanlarının ultrasəs müayinəsi ilə nəzarət edilir. Spermanın yeridilməyə hazırlanması (xüsusi üsulla işlənməsi) təxminən 2 saat çəkir.

Aşılama proseduru ginekoloji kresloda aparılır. Nazik, elastik kateter vasitəsilə hazır sperma uşaqlıq boşluğuna daxil edilir. Prosedur tam ağrısızdır. Bəzi pasiyentlərdə qarnın aşağı hissəsində cüzi dartılma hissi yarana bilər. 15-20 dəqiqə sonra kreslodan qalxmaq mümkündür.  

Ayağa durduqda uşaqlıq boşluğundan bir qədər maye axa bulər. Aşılama prosesindən sonra uşaqlığın yüngül formalı gərginliyi norma sayılır. Bu hal bir neçə saatdan sonra keçib gedir. Prosedur icra olunan gün fiziki yüklənmələr minimuma endirilməlidir. Eləcə də bədən gigiyenasına ciddi qaydada əməl edilməlidir. Belə ki, uşaqlıqda aparılan istənilən prosedurdan sonra bu orqan infeksiyalara qarşı həssas olur. Növbəti gün bütün məhdudiyyətlər götürülür.  

Prosedurdan sonra adətən progesteron tərkibli preparat təyin edilir. Bu, optimal hormonal fon yaratmaqla hamiləlik ehtimalını yüksəldir. Belə preparatlar qanda XQ analizinin nəticəsinə qədər içilir, yəni spermanın 2-ci dəfə yeridilməsindən 12-14 gün keçdikdə qəbul edilir. XQ analizinin nəticəsi mənfi olduqda aşılama üsuluna aid bütün dərmanlar ləğv edilir və aybaşı başlanır. Nəticə müsbət olduqda isə dərman qəbuluna davam edilir.  

Hamiləlik faktını təsdiqləmək üçün USM spermanın axırıncı dəfə yeridilməsindən ən azı 21 gün sonra aparılır.

Kişinin aşılama prosesinə hazırlaşması  

aşılamanın nəticəsiProsedurdan 3-5 gün əvvəl cinsi həyatdan imtina edilməlidir. Həmçinin sağlam həyat tərzi spermatozoidlərin yetişməsinə müsbət təsir göstərir. Həkimlər aşılama prosesindən 2-3 ay əvvəl zərərli vərdişlərdən (siqaret, spirtli içki qəbulu) imtina etməyi məsləhət görürlər. Ehtiyac olduqda vitamin kompleksi təyin olunur.  

Aşılama prosedurunun effektivliyi    

Statistik məlumatlara əsasən aşılamanın effektivliyi 14-20% təşkil edir. Nəticənin effektivliyinə təsir edən əsas proqnostik amillərə qadının yaşı, sonsuzluğun müddəti, spermanın keyfiyyəti, əvvəlki aşılama cəhdlərinin sayı aiddir. Müxtəlif mənşəli sonsuzluqlarda aşılamanın hamiləliklə sonlanma şansı fərqlidir. Bir neçə aşılama cəhdi uğursuz olduqda süni mayalanma tövsiyə edilir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: